Lənkəran gənclərinə yaşıl biznes təlimi keçirilmişdir. - FOTO

Lənkəran gənclərinə yaşıl biznes təlimi keçirilmişdir. FOTO

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin təşkilati dəstəyi və Lənkəran şəhər Gənclər və İdman İdarəsinin əməkdaşlığı ilə həyata keçirilən “Ətraf mühit naminə yaşıl iqtisadiyyat” layihəsi çərçivəsində 29-30 may 2016-cı il tarixilərində Lənkəran gənclərinə “yaşıl biznes” mövzusunda təlim təşkil etmişdir.
Təlimi giriş sözü ilə açan layihənin eksperti İsmayıl Kərimov, Azərbaycan Gənclər Fondunun əməkdaşlı Nural Səfəralı və Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Elbəy Fətəliyev təlimin əhəmiyyəti və aktuallığından danışmışdır. Azərbaycan Gənclər Fondunun əməkdaşlı Nural Səfəralı eyni zamanda təmsil etdiyi fondun fəaliyyətindən və gənclər üçün yaratdığı imkanları haqqında məlumat vermişdir.
Təlimin iki günü ərzində təlimçi Kənan Aslanlı iştirakçılara yaşıl iqtisadiyyat anlayışı, qlobal istiləşmə və onu yaradan səbəblər, yaşıl iqtisadiyyatın iqtisadi böyümədəki rolundan, karbon dioksid emissiyası və bu sahədə beynəlxalq öhdəliklər, BMT-nin prinsipləri, yaşıl iqtisadiyyatın komponentləri və bənzəri mövzularda təqdimatlar keçirilmiş, habelə interaktiv müzakirələr aparmışdır. Təlimdə iştirakçılar kiçik qruplara bölünərək Lənkəran şəhər və ətraf regiondan yaşıl iqtisadiyyat anlayışı ilə bağlı biznes modellər hazırlayaraq təqdim etmişdir. Kiçik qrup işlərində ekoloji problemlərin həll edilməsi ilə yanaşı biznes yaratmaq ideyalarındam əsasən dəniz sahilində tullantıların təkrar istifadəyə verilməsi, Lənkəranda “yaşıl şəhər” modelinin qurulması, “çirkab sularının idarəedilməsi”, “məişət tullantılarının çeşitləndirilib yenidən emala verilməsi” kimi ideyalar təqdim edilmişdir. Təlimin sonunda iştirakçılara sertifikat təqdim edilmişdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !