21 saylı 11 illik musiqi məktəbinin şagirdlərinin 28 May Respublika günü nə həsr olunmuş hesabat konserti! - FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

21 saylı 11 illik musiqi məktəbinin şagirdlərinin “28 May Respublika günü”nə həsr olunmuş hesabat konserti! FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

AZpress.AZ saytının verdiyi xəbərə əsasən bildiririk ki, 27 may 2016-cı il tarixində Azərbaycan Dövlət Filarmoniyasında 21 saylı 11 illik musiqi məktəbinin hesabat konserti keçirilmişdir. Konsert Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin müşaiyəti ilə keçirilmişdir. Rauf Abdullayevin drijorluq etdiyi orkestr və musiqi məktəbinin istedadlı şagirdlərinin konserti möhtəşəm sintez yaratmışdir.
Konsertdə çıxış edən şagirdlərin hər biri beynəlxalq müsabiqələr laureatları idilər. Gənc musiqiçilərin ifaları hər biri ayrı-ayrılıqda peşəkarlığın zirvəsinə aparan doğru yolda olmasından xəbər verirdi . Gələn qonaqlar arasında əcnəbi qonaqları, səfirləri və dövlət məmurlarını da görmək mümkün idi. Nəzərimizindən yayınmayan bir məqam, gənc vokalçı Məmmədov Kamranın Aqustin Laradan “Qranada” kompozisiyasını ifa etməsi idi. İstər klassik , istərsə də milli musiqinin klassika ilə vəhdəti məktəbin istedadlı şagirdləri tərəfində peşəkarcasına ifa olunurdu. Hər zaman milli musiqilərin ifa olunduğu klarnetdə isə beynəlxalq müsabiqələr laureatı Vüqar İbadovun Karl Mari Veberin” Konsertino” nu ifa etməsi tamaşıçılar tərəfindən alqışlarla qarşılanmışdır. Respublika günü Qarabağ şikəstəsinin oxunması isə lap yerinə düşdü desək yanılmarıq. Konsert Müslüm Moqamayevin Azərbaycan Musiqisilə Kamran Məmmədovun ifası ilə bitmişdir.

 


AZpress.AZ, Minə Türksoy.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !