Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Ölülər əsərinin premyerası - FOTO ( AZpress.AZ - Nəriman İsmayılov, Minə Türksoy)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Ölülər”əsərinin premyerası FOTO ( AZpress.AZ - Nəriman İsmayılov, Minə Türksoy)

Azərbaycan ədəbiyatının ən tanınmış təmsilçilərindəndir Cəlil Məmmədquluzadə. Qafqaz və İrandan uzaq şərqi Asiya, Afrika və Avropa ölkələrinə qədər geniş bir coğrafiyada müsəlman dünyasında maraqla qarşılanan "Molla Nəsrəddin"jurnalının (1906-1931) yaradıcısı və rəhbəri idi. Azərbaycan ədəbiyyat tarixində həm öz adı, həm də 25 il boyunca yayımladığı jurnalın adı olan “Molla Nəsrəddin" adı ilə tanınmışdır.Yaratdığı jurnalın adı altında realist-demokratik ədəbi bir məktəb qurmuşdur. Azərbaycan milliyətçiliyinin inkişafında əvəzolunmaz rol oynamışdır.1909-cu ildə məşhur "Ölülər" komediyasını yazmışdır. Komediya günümüzə qədər gəlib çatmış və hər zaman öz aktuallığını qoruyub saxlamışdır. Cəmiyyətimizdə Kefli İsgəndərlərə hər zaman birmənalı yanaşılmayıb. Baxmayaraq ki, Kefli İsgəndər hər zaman doğrunu söyləmiş və xalqı aldadan molla və bəyləri ifşa etmişdir.
AZpress.AZ saytının verdiyi xəbərə əsasən bildiririk ki,Azərbaycan Dövlət Milli Akademik teatrın səhnəsində “Ölülər” komediyasının premyerası olmuşdur. Tamaşanın müəllifi quruluşçu rəssamı Xalq Artisti , professor Azər Paşa Nemətov , bəstəkar Qara Qarayev, rejissorlar Anar Sadıqov , Əlif Cahangirli olmuşdur.Şeyx Nəsrullah rolunda Xalq artisti Nurəddin Mehdixanlı , Kefli İsgəndər rolunda isə aktyor Anar Heybətov oynamışdır.Tamaşa iki hissədən ibarət idi. Bu tamaşanı 143-cü teatr mövsümünün premyerası hesab etmək olar.


AZpress.AZ , Minə Türksoy.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !