Minə Türksoy : - Gələcəyin əjdaha pilotu Gülhüseyn Abdullayev sınaq sürətində! FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Minə Türksoy : Gələcəyin əjdaha pilotu Gülhüseyn Abdullayev sınaq sürətində! FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

 Azərbaycan Avropa oyunlarından sonra yeni bir uğura imza atdı.Bu il Bakıda keçiriləcək ən möhtəşəm yarışa – 2016 Formula 1 Avropa Qran Prisinə çox az müddətin qaldığı bir ərəfədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu yarışın rəsmi elçilərindən biri olan Gülhüseyn Abdullayevin iştirakı ilə Bakı Şəhər Halqasını sınaqdan keçirdi. Belə ki, Azərbaycanın 19 yaşlı istedadlı Formula 3 pilotu Gülhüseyn Abdullayev GP3 seriyasına aid yarış avtomobilində əyləşərək Bakı Şəhər Halqasını yüksək sürətlə 3 dövrə vurdu. Sınaq yürüşünə Azadlıq meydanında yerləşən Pit binasının qarşısında saat 10.00-da start verildi və yürüş eyni yerdə başa çatdı. Gənc pilotumuz ən yeni Formula 1 trekindəki sürət nümayişindən sonra jurnalistlərin suallarını cavablandırdı.
Azpress.Az saytının verdiyi xəbərə əsasən bildirirk ki, Gənc pilotumuz Gülhüseyn Abdullayev olduqca peşəkarcasına öz avtomobilini idare edib sürətə hakim olmağı bacarırdı. Bir çox media nümayəndələrinin və bu işdə məsul olan şəxslərin iştiraki ilə gerçəkləşən sınaq göstərişi sonunda izləyicilər və media nümayəndələri ilə xatirə şəkilləri çəkildi. Səmimi gülərüz pilotumuz Gülhüseyn Abdullayevə bu yolda uğurlar arzu edirik. Gənc Olmasına baxmayaraq avtomobili sərbəst idarə etməsi onun gələcəyin Əjdaha pilot olmasına və heç bir rəqib tanımayacağına bir sübutdur.
Azərbaycan hər zaman güclü dövlət olub və olacaq. Cənab Prezident İlham Əliyevin siyasəti və xalqın dəstəyi ilə hər zaman önde gedən dövlət kimi inkişaf edəcəyik.
AZpress.AZ, Minə Türksoy.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !