İstedadlı gənc Abşeron qalereyasında möhtəşəm sərgisilə! - FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

İstedadlı gənc Abşeron qalereyasında möhtəşəm sərgisilə! FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

AZpress.AZ xəbər saytı bildirir ki, Həsənov Seyidoqtayın fərdi sərgisi May ayının 21-də İçəri şəhərdə yerləşən Abşeron Qalereyasında keçirildi. Abşeron qalereyasının direktoru Seyidoqtaydan danışaraq sərgidə iştirak edən qonaqlara məlumat verdi. Oqtay 2008-ci ildə 4 yaşında ikən Aynurə Həşimovanın rəhbərlik etdiyi 28 may küçəsində yerləşən Təsviri Sənət Qalereyasında rəsm studiyasında məşğul olub və bir çox sərgilərin iştirakçısı və mükafatçısıdır. Rəsm müəlliməsi Aynurə Həşimova rəssamdır və eyni zamanda sənətşünasdır , 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlar İttifaqının üzvüdür , Sənətşünaslıq elmləri üzrə fəlsəfə doktorudur . 19 il ərzində gənc yaşlarından rəsm müəlliməsi işləyən Aynurə xanım eyni zamanda Təsviri sənət Qalereyasında da rəhbər vəzifəsində çalışıb. Hal-hazırda 30 saylı Uşaq Yaradıcılır Mərkəzinin direktoru vəzifəsində çalışaraq eyni zamanda Təsviri sənət dərnəyində rəsmdən də dərs deyən Aynurə xanım Oqtaya rəssamlıq sənətinin sirlərini öyrətməkdə davam edir . Çox gənc yaşlardan rəhbər vəzifələri ilə yanaşı rəsm dərslərini də aparan Aynurə xanım öz yaradıcılığı üzərində də rəssam olaraq çox çalışır. Aynurə xanım 19 il ərzində dəsr dediyi illərdə bir çox istedadlı tələbələr yetişdirib. Tələbələrin sədaları xarici ölkələrdə küçirilən Beynəlxalq müsabiqələrdən gəlib və onlar orada dəfələrlə qızıl ,gümüş müdallar qazanaraq Azərbaycanın adını yüksəklərdə tutublar . Sərgi-ekspozisiya işlərində fəal təşkilatçılıq edən Aynurə xanım bu uzun illər ərzində minlərlə istedadlı tələblər yetişdirərərək çox sayda sərgilər təşkil edib. Aynurəxanımın yetişdirdiyi tələbələri hal-hazırda gənc və cavan rəssamlardılar və Universitetlərin müəllimləridirlər . Oqtay da belə istedadlı tələbələrdən biridir.
Çıxışlar üçün söz verildi Xalq rəssamı,Rəssamlar İttifaqının sədr müavini Ağəli İbrahimova. Hörmətli Ombusman Elmira Süleymanova Seyidoqtayı təbrik edərək Ombusman aparatının fəxri sertifikatı və fəxri mükafatı ilə təltif elədi. Ailə Uşaq və Qadın Komitəsinin sədr müavini Aynur Sofiyeva Oqtayı təbrik edərək Komitə adından fəxri diplomla təltif etdi. Mədəniyyət Nazirliyinin şöbə müdiri Qalib Qasimov Nazirlik adından Oqtaya gələcək yaradıcılığında da uğurlar diləyərək təbrik etdi. Daha sonra müəllimi Aynurə Həşimova Seyidoqtayı rəhbərlik etdiyi 30 saylı Uşaq Yaradıcılıq Mərkəzinin diplomu ilə təltif etdi. Oqtayın uca boylu olaraq böyük görsənməsinə baxmayaraq 12 yaşı var. 4 yaşında ikən Aynurə Həşimovanın rəhbərlik etdiyi Təsviri Sənət Qalereyasında rəsm dərnəyində məşğül olsa da hal-hazırda yenə də Aynurə xanımın rəhbərliyi ilə 30 saylı Uşaq Yaradıcılıq Mərkəzinın Təsviri sənət dərnəyində məşğul olur . Onun, yaşıdlarından fiziki üstünlükləri və istedadı ilə xeyli öndə olması az yaşında ikən gördüyü işlərlə görsənir . Belə ki , Oqtay həm rəssamdır həm şairdir , yazıçıdır . Biri -birindən maraqlı hekayələri ,təmsilləri ,şeirləri ilə bir çox şairləri heyrətləndirir . Dərin zəkası çəkdiyi ,yaratdığı hər bir rəsmdə , tabloda və yazdığı hər bir sətrdə dərin mənalar var . Təsviri sənətin bir çox janrlarına müraciət etməyi xoşlayır. Onun sərgidə nümayiş elətdirdiyi rəsmləri sırasında mənalı müxtəlif janrlarda işlənmiş tablolar görmək olar. Üstünlüyü təbiət mənzərələrinə verir . Bir çox müsabiqənin qalibçisi olaraq uğurlarına addım atan istedadlı gənc rəssam gələcəkdə arxitektor -dizayner olmaq istəyir. Seyidoqtayın 4 yaşından 12 yaşadək çəkdiyi rəsmlər 200 yaxın ola bilərdi. Rəsmlərinin çoxu Respublika,Şəhər miqyaslı və ən əsası da Beynəlxalq miqyaslı xaricdə keçirilən sərgilərdə iştirak edərək rəsmləri orada qalmışdır. İllər ərzində Respublika miqyasılı sərgi-müsabiqələr müxtəlif mövzular üzrə təşkil edilirdi və bu mövzulara Seyidoqtay çox böyük həvəslə qatılırdı. Ombusman aparatının mütəmadi təşkil etdiyi "Sülh günü " Uşaq hüquqları konvensiyaslna həsr edilmiş "Mənim hüquqlarım" adlı müsabiqələrdə içtirak edərək uğurlara addım atmışdır. 2000 - 2016 ci illərdə Vergilər Nazirliyinin hər il təşkil etdiyi 1 İyun Uşaqların Beynəlxalq müdafiəsi gününə həsr olunmuş "Vergilər uşaqların gözü ilə "adlı sərg-müsabiqə və bayram tədbirində də Oqtay mütəmadi iştirak edərək müxtəlif mükafatlar almışdır. Azərbaycan Rəssamlar İttifaqının təşkil etdiyi uşaq rəsm müsabiqələrinin də qalibçisi olan Seyidoqtayın bir çox təltifləri ,diplomları vardır. Daha sonra Türkmənistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən Azərbaycan-Türkmənistan diplomatik əlaqələr mədəniyyət tədbirində iştirak edərək ikinci yeri qazanmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi Heydər Əliyev və Müstəqil Azərbaycan adlı rəsm müsabiqəsində iştirak edərək birinci yerə layiq görülmüşdür. Onun təltifləri mükafatları çoxdur .

 

AZpres.AZ, Minə Türksoy. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !