Opera teatrının səhnəsində Qıratın belində şahə qalxan Koroğlu ! - FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Opera teatrının səhnəsində Qıratın belində şahə qalxan Koroğlu ! FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutur.
Şərqdə ilk operettanın yaranması da Üzeyir bəyin adı ilə bağlıdır. “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları onu çox məşhurlaşdırır.
Üzeyir yaradıcılığının zirvəsi “Koroğlu” operası sayılır. Müəllif bu əsərində klassik opera qaydaları əsasında bitkin ariyalar, kütləvi xor səhnələri yarada bilib.
Dünyaya Azərbyacan musiqni sevdirən ikinci belə bir dahi bestəkar tanımıram desəm məncə yanılmaram. Hər bir əsərinin, operasının , librettosunun səsində Azərbaycan ruhunu, Azərbaycan nəfəsini vermişdir Üzeyir. Onun yaratdığı Koroğlu əsl azərbaycanlı kişisinin bariz nümusəsidir..İllər , Əsrlər keçsə də Üzeyir musiqisi dəbdən düşməyəcək əksinə musiqlərin şahı kimi hər zaman baş tacı olaraq nəsillərdən nəsillərə ötürülərək irs yaradacaq.
AZpress.AZ informasiya Agentliyinin məlumatına əsasən bildiririk ki,, 25 may 2016-cı il tarixində Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində “ Koroğlu “ operası yeni premyerasını tamaşaçılara ərmağan etmişdir. 3 pərdəli 5 şəkilli librettonun drijoru Cavanşir Cəfərov,quruluşçu rejissor Hafiz Quliyev,Quruluşçu rəssam Tahir Salahov,xormeystr Sevil Hacıyeva, baletmeystr Qəmər Almaszadə və başqaları tamaşanın ərsəyə gəlməsində böyük zəhmətə sahibdirlər. Baş rolun ifaçıları isə möhtəşəm səsləri ilə tamaşaçıları valeh edən Həsən xan rolunda Cahangir Qurbanov, Koroğlu rolunda Fərid Əliyev, Nigar rolunda İlahə Əfəndiyeva öz ecazkar çıxışları ilə səhnəmizə yeni bir coşqu gətirdilər. Üzeyir bəyin əvəzolunmaz Koroğlu üvertürası ilə başlayan tamaşa , səhnələrin quruluşu , istər ifaçıların göstərdikləri peşəkarlıq təqdirə layiq idi. İstər yaraşaqlı cüssəsi bariton səsi ilə səhnədə oynadığı rolu ilə hadisənin canlılığını yaşadan Cahangir Qurbanov, istər gözəl səsi və siması ilə valehedici İlahə Əfəndiyeva,istərsə də həqiqətən rolunun layiqli ifaçısı əsl Koroğlu kimi atını səhnədə şaxə qaldıran Fərid Əliyevin bir birinə tərəf müqabili kimi seçilməsi olduqca düzgün seçim idi. Bu üçlüyün səhnədə çıxışı Azərbaycan Opera səhnəsinə və tamaşaçılara böyük töhvə idi.
Tamaşa boyu tarixi hadisəni canlandıran aktyorlarımızın çıxışı onların peşəkarlığından xəbər verirdi. Məncə dünyanın ən gözəl məhz opera səhnəsidir ki, kimsə kiminsə haqqını yeyə bilməz. Mən o səhnəyə hünər meydanı deyirəm ki, səsi olmayan bu səhnəyə heç bir tanışlıq qohumluq olsada çıxa bilməz.
Nəzərimizdən qaçmayan bir məsələdə o idi ki, tamaşaya baxanlar arasında olduqca çox sayda əcnəbiləridə görmək olurdu. Bu bizim musiqinin və bizim vokalçılarımızın möhtəşəm səslərinin bəhrəsidi.
Azpress.az saytının xəbərinə əsasən bildiririk ki, tamaşaçılar arasında olduqca tanınmış xalqımızın dəyərli sənətkarlarından bəstəkar xanım Ruhəngiz Qasımova və möhtəşəm səsin üzərində işləyib xalqımıza töhfə kimi verən dahi sənətkar, korifey bir çox opera səhnəsinin ulduzlarının yetişməsində əməyi keçmiş müəllim Hüseyn Əliyev də var idi. Gözəl İnsan və şərəfli müəllim görünür çox həyəcanlı idi. Çünki , hər pərdə arası fasilədə öz tələbələri Fərid Əliyev və Cahangir Qurbanova dəstək olmaq üçün səhnə arxasına keçirdi. Olduqca maraqlı hazırlanmış tamaşa xalqımızın qəhrəmanlıq salnaməsi olduğu üçün maraq olduqca böyük idi. Bunu tamaşanı izləməyə gələn qonaqların simalarının ifadəsindəndə anlamaq çətin deyil idi. Səhnəyə əsl Koroğlu kimi Qırat belində gələn Fərid Əliyev yeni bir uğura imza atdı desək yanılmarıq. Cahangir Qurbanovun istər siması, istər məğrurluğu Həsən xan rolunu sözsüz tamamlayırdı.
Azərbaycan Opera səhnəsi yeni bir” Koroğlu “Librettosunu yadda qalan və unudulmaz performansı ilə tamaşaçılarına çatdırdılar. Yeni bir uğura imza atan sənətçilərimiz Cahangir Qurbanov və Fərid Əliyevə bundan da böyük uğurlar arzu edirik. Bu möhtəşəm opera inanırıq ki, dünyanın ən böyük səhnələrində məhz onların ifasında daha böyük uğur qazandıracaq və Azərbaycan musiqisinin möhtəşəmliyini bir daha dünyaya sübut edəcəkdir.

Muxbir: Mina Turksoy 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !