28 may- Respublika günü nə həsr olunmuş qrup komandaları arasında Nə?Harada?Nə zaman? intellektual oyununun kollec birinciliyi keçirildi. - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

“28 may- Respublika günü”nə həsr olunmuş qrup komandaları arasında “Nə?Harada?Nə zaman? ” intellektual oyununun kollec birinciliyi keçirildi. FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

26 may 2016-cı il tarixdə Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecində Gənclər və İdman idarəsinin və tələbə-gənclər təşkilatının birgə təşkilatçılığı ilə “28 may- Respublika günü”nə həsr olunmuş qrup komandaları arasında “Nə?Harada?Nə zaman? ” intellektual oyununun kollec birinciliyi keçirildi.
Yarışda kollecin 7 komandası iştirak edirdi..
Komandaların bilik səviyyələrinin qiymətləndirilməsi üçün aşağıdakı tərkibdə münsiflər heyəti təyin edilmişdir:
1.Aydın Qasımov - Gənclər və idman idarəsinin baş məsləhətçisi - sədr
2.Xosrov Musayev - BDİT kollecin müəllimi, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru-üzv
3.Avtab Cəbrayılova - Gənclər və idman idarəsinin aparıcı məsləhətçisi-üzv
4. Nicat Əhmədov- “Azəri” Gənclərin Vətənpərvərlik klubunun sədri
5. Nəsibə Kərimova- “Xətai” Gənclərin maraqlar üzrə kubunun sədri
Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov açaraq tələbələri qarşıdan gələn “28 may- Respublika günü” münasibətilə təbrik etdi və tədbirlə bağlı məlumat verdi.
Vətənimizin azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Əsasnaməyə uyğun olaraq oyun 1 mərhələdə keçirilmiş, komandalara 30 sual verilmişdir.Duzgün cavablandırılmış suallar 1 balla qiymətləndirilmişdir.Hər 10 sualdan sonra 10 dəqiqəlik tənəffüs verilmişdir.
Daha çox bal (16 bal) toplayan “Qələbə” komandası (kapitan Nigar Süleymanlı) I yeri, “Qarabağ” komandası (Cavad Məmmədov)15 balla II yeri, “Ziya” komandası (Fərhad Məmmədov) isə 13 balla III yeri tutmuşlar (yarışın protokolu əlavə olunur).
Yarışın keçirilmə vaxtı heç bir əsasnamə pozuntusuna yol verilməmişdir.
Yekunda Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov çıxış edərək ikinci dəfə qazanılmış müstəqilliyimizin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin göstərdiyi əvəzsiz xidmətlərindən,dövlət quruculuğunun hüquqi bazasının yaradılmasından, onun Azərbaycan gəncliyinin hərtərəfli inkişafına göstərdiyi xüsusi diqqət və qayğısından,gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində görülən işlərdən danışdı. Qeyd etdi ki, milli dövlətçiliyimizin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər ölkə başçımız cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.
Tədbirin açılışında və fasilələrdə Gənclər və İdman idarəsinin könüllüləri tərəfindən hazırlanmış musiqi nömrələri iştirakçılara təqdim olundu.
Qaliblərə təşkilatçılar tərəfindən hazırlanmış müvafiq dərəcəli diplomlar təqdim olundu.
Kollecin müəllimi, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru Xosrov Musayev kollektiv adından Gənclər və İdman idarəsinə minnətdarlıq bildirdi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !