Leyla Əliyeva Londonda Canlı həyat adlı sərginin açılışında iştirak edib - FOTO

Leyla Əliyeva Londonda “Canlı həyat” adlı sərginin açılışında iştirak edib FOTO

Mayın 25-də Londonda IDEA İctimai Birliyinin təşəbbüsü ilə “Canlı həyat” adlı sərgi açılıb.

Sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.

Sərgi ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.

Ekspozisiyada Leyla Əliyevanın, rəssamlar Rahim Çopurov, Nailə Sultan, Culian Melkiori, Məryəm Ələkbərli, Ləman Həsənova, Nok Kural, videoqraf Timur Özdəmirov və fotoqraf Teo Allofzun əsərləri nümayiş olunur.

Sərgi iyunun 26-dək davam edəcək. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !