ADU-da Çin bələdçisi viktorinası keçirildi -

ADU-da “Çin bələdçisi” viktorinası keçirildi

Mayın 26-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə qədim Çinin vətənpərvər şairi Tszüy Yuanın xatirəsi ilə əlaqədar ənənəvi Çin bayramı - “Əjdahalar qayığı festivalı”na həsr olunmuş “Çin bələdçisi” viktorinası keçirildi.
Viktorinada ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasında təhsil alan tələbələri ilə yanaşı, universitetin digər tələbələri də fəal iştirak etdi.
Universitetin Çin dili və mədəniyyəti mərkəzinin müdiri, professor Rafiq Abbasov Azərbaycan-Çin humanitar əlaqələrinin tarixi haqqında danışaraq Azərbaycanda Çinşünaslığın inkişafının vacibliyini vurğuladı.
Viktorinada qədim və müasir Çinin mədəniyyəti, incəsənəti və tarixi ilə bağlı suallar yer aldı. Sualları aşağı kurs tələbələri üçün Azərbaycan, yuxarı kurs tələbələri üçün Çin dilində tərtib edilən viktorinanın qalibləri diplomlarla tətlif olundu.
Tədbirin sonunda qonaqlar «tszyuntszi»-nin “Əjdahalar qayığı festivalı”–nın ənənəvi bayram yeməyinin dadına baxdılar.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !