Binəqədi rayonunda onkoloji müayinə həyata keçirilir - FOTO ( AZpress.AZ - İlkin Həmidov)

Binəqədi rayonunda onkoloji müayinə həyata keçirilir FOTO ( AZpress.AZ - İlkin Həmidov)

 26 may 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə Milli Məclisin üzvü Kamaləddin Qafarovun təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Azərbaycan Respublikasının Milli Onkologiya Mərkəzinin peşəkar həkimləri tərəfindən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məlikov adına 6 saylı Mərkəzi Xəstəxanasının həyətində əhalinin onkoloji müayinəsinə başlanılıb.

Aksiyaya mərkəzin 10-dan çox peşəkar həkimi və yüksək standartlara cavab verən tibbi avadanlıqları cəlb olunub. Həkim briqadalarları və tibbi avadanlıqlar vasitəsilə müraciət edən əhaliyə bir neçə istiqamətdə - baş-boyun, mamoloq və ultrasəsmüayinəsi (USM) üzrə müayinələr həyata keçirilir. Səhər saat 09:00-da başlayan aksiya saat 15:00-dək davam edəcək və bu vaxt aralığında müraciət edən bütün vətəndaşlar aksiyadan yararlana biləcəklər.
Aksiyaya Binəqədi Rayon İcra Hakmiyyətindən, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatından, M.Ə.Rəsulzadə bələdiyyəsindən təşkilati dəstək göstərilir.
Ə.Məlikov adına 6 saylı Mərkəzi Xəstəxanası tərəfindən əhalinin qeydiyyatının aparılması üçün xüsusi otaq ayrılıb və qeydiyyatın xəstəxananın tibb heyətindən əməkdaşlar cəlb olunub. Aksiyada müraciət edən hər bir şəxsin dəqiq qeydiyyatı aparılır və şikayətinə uyğun olaraq aidiyyəti müayinə otaqlarına yönləndirilir. Müayinələr isə həm xəstəxananın müayinə otaqlarında, həm də xəstəxananın həyətində yaradılmış səyyar həkim briqadaları tərəfindən reallaşdırılır. Vətəndaşların müayinələrinin nəticələri rəsmi qaydada özlərinə təqdim edilir. Artıq müayinə olunmaq üçün aksiyaya yüzlərlə insan qatılıb.
Əhalinin onkoloji müayinəsini nəzərdə tutan aksiya may ayının 27-də də davam edəcək.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !