ADU-da Universal Employment Agency adlı tamaşa nümayiş olundu - FOTO

ADU-da “Universal Employment Agency” adlı tamaşa nümayiş olundu FOTO

25 may 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin İngilis dilinin leksikologiyası kafedrasının baş müəllimi Gülşən Məhərrəmovanın təşkilatçılığı ilə ingilis dilində “Universal Employment Agency” adlı tamaşa təqdim olundu.
Tamaşanın nümayişindən öncə Pedaqoji (ingilis dili-alman dili) fakültənin 108b qrup tələbələrinin iştirakı ilə keçirilən tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra işədüzəltmə agentliklərindən bəhs edən tamaşa göstərildi.
Tamaşanı yüksək qiymətləndirən Pedaqoji (ingilis dili-alman dili) fakültənin dekanı, professor Fikrət Cahangirov tələbələrin tamaşanı ingilis dilində yüksək səviyyədə nümayiş etdirdiklərini bildirdi, həmçinin Gülşən Məhərrəmovaya tamaşanın təşkilinə görə öz dərin minnətdarlığını bildirdi.
Qeyd edək ki, tədbirdə rektorun müşaviri, doktor Vazeh Əsgərov, İngilis dilinin leksikologiyası kafedrasının müdiri, dosent Amil Cəfərov, eyni zamanda universitetin müəllim-tələbə heyəti iştirak edirdi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !