Binəqədi rayonunda maraqli aksiya keçirildi - FOTO ( AZpress.AZ - İlkin Həmidov)

Binəqədi rayonunda maraqli aksiya keçirildi FOTO ( AZpress.AZ - İlkin Həmidov)

Mayın 24-də Binəqədi rayon İcra Hakimiyyətinin və Binəqədi rayon bələdiyyəsinin təşkilatçılığı ilə 28 May - Respublika Günü münasibətilə Binəqədi rayonunun balaca sakinləri "Hərəyə bir bayraq verək" aksiyası keçiriblər.

"Hərəyə bir bayraq verək" aksiyası rayonun 272 saylı körpələr evi - uşaq bağçasının balaca fidanlarının iştirakı ilə baş tutub.

Balaca fidanlar hərbi formada Binəqədi rayonu ərazisində yerləşən "Heydər" məscidi, Zərifə Əliyeva adına park, Zərifə Əliyeva adına Oftomalogiya Mərkəzi, A.Məmmədov parkı, 6-cı mikrorayon boyunca əraziləri gəzərək əllərindəki üçrəngli bayraqları veteranlara, qocalara, təqaüddə olan ağsaqqallara, məktəblilərə, polis işçilərinə, səhiyyə sahəsində çalışan işçilərə, müharibə, Qarabağ əlillərinə, milli qəhrəmanların ailə üzvlərinə, ərazidə Azadlıq prospekti boyunca yol təmirində çalışan fəhlələrə, avtobus dayanacaqlarında duran sürücülərə, fiziki məhdud olan insanlara və öz həmyaşıdlarına paylayıblar.

Bütün sakinlər tərəfindən maraqla qarşılanan "Hərəyə bir bayraq verək" aksiyası hamıda sevinc hissi yaradıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !