Bəhram Osmanov Lənkəran teatrında yeni tamaşanın məşqlərinə başlayıb -

Bəhram Osmanov Lənkəran teatrında yeni tamaşanın məşqlərinə başlayıb

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov Lənkəran Dövlət Dram Teatrında yeni səhnə əsərinin məşqlərinə başlayıb. Əli Vəlioğlunun “Əsrlərin harayı” əsəri əsasında hazırlanan tamaşa iyunun sonlarında sənətsevərlərə təqdim olunacaq.

Qədim Azərbaycan dövlətinin yaranması, yurd sevgisi, bu dövlətin daim azad və firavan şəraitdə bərqərar olması, eləcə də qədim türk hökmdarının səhvi ucbatından həmin dövlətin dağılıb parçalanması kimi məsələlərdən bəhs edən səhnə əsərinin hazırda stolarxası məşqləri aparılır. Tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Rüfət Ramazanovdur. Əsas rollarda teatrın aparıcı aktyorlarından əməkdar artistlər Təvəkkül Əliyev və Sucəddin Mirzəyev, Aynur Əhmədova, Əlibala Əsgərov, Niftulla Əsgərov, Miraslan Ağayev və digərləri yer alıblar.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !