Azərbaycan Opera səhnəsinin möhtəşəm tenor və bariton səsləri Fərid Əliyev və Cahangir Qurbanov - FOTO ( AZpress.AZ - Minə Türksoy)

Azərbaycan Opera səhnəsinin möhtəşəm tenor və bariton səsləri Fərid Əliyev və Cahangir Qurbanov FOTO ( AZpress.AZ - Minə Türksoy)

"Opera" italyan dilində "əsər" deməkdir. Opera söz və musiqinin, oxuma və səhnə hadisələrinin, vokal və instrumental ifanın vəhdətindən yaranmışdır. Başqa sözlə desək, opera poeziyanın, dramatik teatrın, rəngkarlığın, plastikanın, vokal və instrumental musiqinin sintezindən ibarətdir. Onun əsas mövzusunu xeyirlə şərin, işıqla qaranlığın, məhəbbətlə nifrətin mübarizəsi təşkil edir. Opera musiqiyə söykənən dram, yaxud komediyadır. Operada dramatik mətnlər müğənnilərin oxuması ilə təqdim olunur. Bu, həmişə orkestrin müşayiətilə baş verir.
İlk operanın vətəni İtaliyadır. O, incəsənətin digər növlərinə nisbətən gənc janr hesab olunur. Rəngkarlıq, heykəltəraşlıq, memarlıq, vokal musiqisi minilliklər boyu inkişaf etdiyi halda, ilk operalar XVI və XVII əsrlərin qovşağında meydana gəlmişdir. Özünün tarixi və bədii dəyərini indimizə qədər qoruyub saxlayan ilk operanın müəllifi İtaliyanın dahi bəstəkarı Klaudio Monteverdidir. Onun musiqili nağıl adlandırdığı "Orfey" operası 1606-cı ildə səhnəyə qoyulmuşdur. Sonralar Avropanın digər ölkələrinə də yayılmış bu yeni incəsənət janrına müxtəlif adlar verilmişdir. Fransada qəhrəmanlıq operalarına "musiqili faciə" deyirdilər. Almaniya və Avstriyada alman mətninə yazılan, həm danışıq, həm də oxumaqla cərəyan edən əsərlər "oxumaqla gedən pyes" adlanırdı, Rusiyada operaya "səslə oxumaq dramı" adı verilmişdi.
Təəssüflər olsun ki, sivil dünya musiqisinin ən yüksək zirvəsi sayılan klassik opera musiqisinə (o cümlədən "Toska" operasına) cəmiyyətimizdə biganəlik hallarına həddindən çox təsadüf edilir. Hətta tanıdığımız bəzi mədəni adamlar da klassik musiqini qiymətləndirmələrinə və sevmələrinə baxmayaraq, operanı sevmirlər və dahi bəstəkarların yaratdıqları bu gözəl əsərlərə biganəlik nümayiş etdirirlər. Bunun səbəblərindən biri bəlkə də bazar şouları ilə dolu olan telekanallarda dünya və o cümlədən də Azərbaycan bəstəkarlarının şah əsərlərinin təbliğinə tamamilə diqqət ayrılmamasıdır. Lakin buna baxmayaraq hələ də operaya maraq azalmayıb və onun xüsusi auditoriyası və öz tamaşaçısı var. Hər bir tamaşaçını da teatra cəlb etməyi bacar gözəl səsli vokalçılardır. Bu gün onlardan ikisi bariton Cahangir Qurbanov və lirik tenor Fərid Iliyevlı sizi az da olsa taniş etməyə çalışacayıq. Bir çox müsahibələrimizin olmasına baxmayaraq nədənsə içimdə bir həyəcan məni nnədənsə çıkindirirdi. Lakin bu iki ziyalı insanla söhbətə başlar başlamaz bütün həyəcanım demək olar ki, rahat bir ortama çevrildi. O qədər təvazükar və səmimi idilər ki,onlara baxaraq düşünürdüm yaxşı ki , biz bir millət olaraq ,Azərbaycan xalqı olaraq varıq.


-Salam Fərid bəy və Cahangir bəy zəhmət olmasa özünüzü təqdim edərdiniz .Əlbətdə ki, sizin təqdimata ehtiyacınız yoxdu .Bu cür gözəl səsləri tanımamaq mümkün deyil.
Fərid Əliyev;-Mən neçə ildi teatrda işləyirəm yəqin ki , maraqlı olaraq necə olub teatra gəlmişəm.Mən əvvəlcə Əzimzadə adına texnikumu bitirmişəm , sonra İncəsənət Universitetinin rəssam dizayner fakultəsində təhsil almışam. Ancaq 1998-ci ildə oranı bitirən kimi Konservatoriyanın vokal hazırlıq kursuna Hüseyn Əliyevin sinfinə daxil oldum. Hüseyn Əliyev Respublikanın əməkdar artistidi , Opera teatrının solisti olub demək olar ki , ömrünün çox hissəsini musiqimizin inkişafına həsr edən bir insandır.Yəni bu insan bir çox rolların ifaçısı olub. Məsələn elə rollar var ki, o da ifa edib məndə ifa edirəm. Bəzən səhnəyə çıxanda eynimizə geyindiyimiz kostyumların üzərində Hüseyin Əliyev yazılıb yəni biz fəxr edirik ki, məhz o geyimlərlə səhnəyə çıxırıq. 1998- ci ildə gəldim teatra ilk tamaşamı dinləməyə “Traviata “ operasına . Hüseyn müəllim məni teatrın baş rəssamı ilə məni tanış etdi. Lakin tanışlığa ehtiyac da yox idi artıq bir birimizi tanıyırdıq. Tahir Tahirov mənim ailəmdə rəssam ailəsi olduğundan bizi yaxşə tanıyırdı. Hüseyn müəllimdə söylədi ki, Fərid mənim tələbəmdi və o gündən məni teatra işə götürdülər rəssam .
Cahangir Qurbanov –Məndə hər şey sadədir.


-Bildiyimə görə siz də hərbi fakültəni bitirmisiniz.
Cahangir Qurbanov- Bəli mənim birinci ali təhsilim hərbi bədən tərbiyəsi olub. Yəni hal hazırda Daxili işlər Nazirliyinin Daxili Qoşunlarının Mahnı və Rəqs Ansamblının rəisiyəm kapitan rütbəsində. Ancaq oxumaq çoxdandan var məndə. 1994 cü ildən sırf vokal olmasada estrada , caj janrlarında oxumuşam. Estrada müsabiqələrində , Beynəlxalq müsabiqələrdə İştirakım olub. Amma ondan sonra mənim həyatımda bir çevriliç oldu , mən “Yeni Ulduz 9”a qatıldım . Orada birinci yerə layiq görüldüm ondan sonra məni televiziyada görmüşdülər . Ruhəngiz xanım bizim gözəl bəstəkarımız dramaturq umuz məni gözəl bir insanla tanış etdi Eldar Həsənovla hansı ki, indiyənəcən mənim mahnılarımın bəstəkarıdır. Onun təşəbbüsü ilə mən Konservatoriyaya daxil oldum. Eyni qaydada təbii ki , dəyərli olan bir müəllim var o da Hüseyn Əliyevdi onun sinfinə daxil oldum. Mən qeyd etmək istərdim ki, bizim teatrda hal hazərda hər hansı bir aparıcı solistə yaxınlaşıb soruşsaz ki , sizin müəlliminiz kimdi? Mən sizi 100 faiz əmin edirəm ki, deyəcək Hüseyn Əliyev . Ona görə ki, Hüseyn Əliyevin sinfində yalnız və yalnız gözəl opera müğənniləri təhsil alır. Məsələn Həbib var, Tural Ağasıyev düzdü mən bir bir onların adını saymayım.Amma saya bilərdik. Səncə sayaq Fərid?
Fərid Əliyev-sayaq.
Cahangir Qurbanov – SAY
Öz aralarında səmimi bir zarafat edirlər. Bir , iki , üç , dörd və sairə deyib gülümsəyirlər. Bu bir zarafat deyir Cahangir Qurbanov və gülümsəyir.
Cahangir Qurbanov-Hüseyn müəllimin sinfinə hazırlıq kursuna daxil oldum və o məni gətirdi teatra təqdim etdi oxumağımı. Bizim teatrın baş drijoru Cavaşir müəllim Cəfərov, truppa müdürimiz Toma xanım Eyvazova , bir də bizim direktorumuz Akif müəllim Məlikov dinləyəndən sonra məni götürdülər. 2013 cü ildən orda çalışmağa başladım. Mən teatrda çox az müddətdir işləyirəm amma çox şükür ki mənim ətrafım o qədər güclü komandadır ki, mənə dəstək olurlar . Elə biri Fəridin özü mənə çox dəstəkdir teatrda. Belə gözəl insanların dəstəyi ilə demək olar ki, artıq teatrın bütün repertuarında varam. Düzdü hələ oxunası çox şeylər var amma bu dörd il ərzində az tamaşalar olmayıb məncə. Yəni sadalanmalı tamaşalar çoxdu. Çox şükür Allaha gələcəkdə o biri rollarıda ifa edərik.Yenədə deyirəm Hüseyn Əliyevin dəstəyi üzərimizdə coxdur. Onun sayəsində məni işə götürdülər və solist kimi orada çalışıram. Həmdə hərbidə təbii ki,çox şükür Allaha ki, diplomlarımın ikisdə işləyir öz ixtisası üzrə . Yəni sənətimin hər iki bir birini tamamlayıb.


-Fərid bəy ,ailədə musiqi ilə məşğul olan var?
Fərid bəy-Xeyr mən sirf rəssamlar ailəsində anadan olmuşam. Mənim babam başlayıb ilk rəssam kimi ailədə Azərbaycan SSRİ xalq rəssamlarında biri olub. Yeqin ki tanıyarsınız Baba Əliyev. Onun musiqiyə cox marağı olub , özü gözəl fortopiano ifa edərdi. Musiqi yazardı skripkada ifa edərdi amma təbii ki bir hobbi kimi. Onun sayəsində bizim evdə klassik musiqi səslənərdi. İlk dəfə mən səhnədə olmaq üçün o vaxtlar Şən və hazırcavablar klubu var idi. Bakılı oğlanlar komandası var idi Anar Məmmədxanov və başqaları o vaxtlar çempion oldular və bizim üçün fərəh idi ki onlarla bir səhnəyə çıxırıq. Səhnəyə çıxmaq təlabatı ilə mən başa düşdüm ki , mənim bir balaca səsim var və mən bunu istifadə etməliyəm. Yəni bunu sırf müğənni olmaq istəyirəm deyə yox səhnədə olmaq üçün etdim.
Cahangir Qurbanov- Mənim sənətə gəlməyimdə çox maraqlı bir hadisə olub. Bilirsinizdə hərbidə oxuyan uşaqlar həmişə ciddi olmalıdırlar orada rejim çox ciddi olur dərsdən çıxmaq olmur. Deməli bizdə Naxçıvan Dövlət Musiqi Kafedrasından Tahirə xanım gəldi ki, bizə xora kişi səsləri lazımdır. Təbii ki o da harada olur hərbidə. Gəldilər ki oradan xor üçün kişiləri seçsinlər və mənim bir kurs yoldaşım var idi hansı ki, çənim 3 yaşımdan dostumdur. Mənə dedi ki, dərsdən qaçmağa fürsətdir dur qaçdıq və əlimizi qaldırdıq ki biz xorda oxumaq istəyirik. Gətirdilər ora yoxladılar səsimizi . Dərsdən də qaçan təbii ki nə etməlidir? Falş etməlidir ki desinlər yararsızdır. Bir bir yoxlayıb hamıya dedilər yox , mənə dedilər ki, seçirik . Yəni mənim böyük qardaşım Naxçıvan Muxtar Respublikasının Əməkdar artistidir. O da vokalçıdı, filarmoniyanın solistidir. Məni tanıdılar bildilər ki , mən Yaşarın qardaşıyam və orada dedilər ki, sənin səsin var. Məndə istədim falş edəm ki, desinlər səsin yoxdu təbii alınmadı. O vaxtdan da başladım musiqi ilə məşqul olmağa. Hər gün daha çox musiqiyə vutrulmağım məni gətirib çıxartdı ən böyük səhnəyə Opera səhnəsinə.Mənə elə gəlir ki, Opera səhnəsindən böyük ondan möhtəşəm səhnə ola bilməz. Buda mənim səhnəyə gəlmək əhvalatım.


-Adətən belə deyirlər ki, ən gözəl səslər Qarabağ bölgəmizin insanlarında olur . Bununla razısınızmı?
Fərid Əliyev- Bununla razıyam. Amma Qarabağ Azərnbaycanın ayrılmaz hissəsidir. Onun üçün mən hesab edirəm ki, Qarabağ deyəndə umimiyyətlə Azərbaycanlılar olduqca musiqili millətdir. Hər bir Azərbaycanlının səsi var. Bizim Təbiətimiz bizim abu havamız musiqimiz bizə səs verib , bizə tembr verib ki, bütün ölkələrin vokalçılarından fərqlidir. Onların tembrinə qulaq asanda görərik ki , bizim tembr daha zəngin daha təmiz, daha istidir. Əlbətdəki, Qarabağ da necə deyərlər bizim ürəyimiz, canımızdır. Düzdür Qarabağlıların səsi olur. Amma deyilənə görə Bakılılarında səsi var. Yəni özümü nəzərdə tuturam.
Cahangir Qurbanov-Tək Bakılıların deyil elə Naxçıvanlıların da səsi olur.
Fərid Əliyev-( zarafatla) Ara bir Naxçıvanlıların da səsi olur.(gülür)
Cahangir Qurbanov-Niyə sadalaya bilərəm bir neçə vokalçımızı Yaşar Cəfərov, Azər Zeynalov, İlqar Muradov,çoxdular .
Fərid Əliyev- Samir Cəfərov , Cahangir Qurbanov
Cahangir Qurbanov – Qarabağdan ən çox xanəndələr çıxır, o da təbii ki, təbiətdən aslıdır. Naxçıvanda bir az havanın quru olmağı , yodun çox olmağı, duz axı oradadır. Ona görə daha çox vokal üstünlük təşkil edir. Bu hamısı Təbiətlə bağlıdır.
Fərid Əliyev-Amma baxıram Bakıda hər şey var.Duzda var.
Cahangir Qurbanov- Doğrudur Bakıda hər şey var duzdan başqa. ( deyib gülümsəyərək zarafat edir)
Fərid Əliyev- nə üçün Novxanı yolunda duz var ( gülümsəyir)
Cahangir Qurbanov – O dağ düzü deyil ( gülür)
-Xarici səfərlərdə tez-tez olursunuz?
Fərid Əliyev- Əlbətdə. Olanda oluruq . Bir az teatr icazə verəndə gedirik . Bu yaxınlarda mən elə təzə Turkiyədən qayıtmışam. Gözəl bir şəhər var orda Qəhrəman Maraş şəhəri. Orada çoxlu vətənpərvər insanlar yaşayır. Türk dünyasını , türk aləmini çox sevirlər orada gözəl bir Universitet var oarada iştirak etmişəm. Orada Azərbaycan musiqisidə , İtaliayan musiqisidə ifa etmişəm. Sonuncu səfərim bu olub.
Cahangir Qurbanov- Xaricdə olan tədbirlərə imtina etməli oluram. Bildiyiniz kimi mən hərbiçiyəm və hərbiçinin ölkə xaricinə çixmağında məhdudiyyətlər var. Amma olur Dövlət səviyyəsində , beynəlxalq səviyyədə olanda iştirak edirəm.


-Bildiyimiz qədər hər ikiniz ailə başçısısınız və müğənni məvacibi ilə ailə saxlamaq çətin deyil? Yəni siz toy müğənnisi deyilsiniz. Bu baxımdan.
Fərid Əliyev, Cahangir Qurbanov- Bəli bizə bəs edir. Doğrudu Ailələrimizi xaricə istirahətə apara bilməsək də biz gedirik bizim gözəl Zirəyə. Pul da qalır özümüzə.
-Bizim tamaşaçılarla əcnəbi tamaşaçıların fərqi nədi?
Fərid Əliyev – Əlbəttə bizim tamaşaçılar dahada tələbkardırlar bizə qarşı , daha isti münasibət hiss edirik. Məsələn xaricdən kimsə gələr onu daha yaxşı qarşılayarlar. Amma özümüzünkülərə qarşı daha tələbçil olurlar axı biz onalrın özününük. Əlbətdə ki mən öz tamaşaçılarımın qarçısına çıxanda hər dəfə özümü imtahanda hiss edirəm. May ayının 25 Mən İlk defe Koroglu operasında Koroğlunu Cahangir isə Həsən bəyi oynayacaq bu mənim həyatımda ən çətin İmtahanlardan biridir. Ümidvaram ki üzü ağ çıxacayıq.
Cahangir Qurbanov- Yəni belə deyək də bu bizim ifa etdiyimiz siz yıni elə bir vaxta düşmüsünüz ki, orkestr məşqlərinə deyim ki, vokalçının həyatında əsas oynamalı olan tamaşalar , rollar var ki, oynamalıdır. Yəni Fərid bəy bir tenor kimi , mən bareton kimi bizim üçün azərbaycanlı vokalçılar olduğumuz üçün bizim üçün çox vacibdir ki bu tamaşanı mən Həsən xan partiyasını Fərid bəy də Koroğlu partiyasını tamaşaçıya gözəl çatdıraq. Bizim tamaşaçılar bizə dahada ciddi yanaşırlar. Inanın bizdə olan səs inan şərait olsa inan dünyanı fəth edərik . Məsələn mən Almaniyada səhnəyə çıxıb ifa edəndən sonra alman vətəndaş mənə yaxınlaşıb almanca danışanda inanmadı ki, mən o dildə danışa bilmirəm. Buda nədən irəli gəlir dilimizin gözəlliyi təmizliyi imkan verir ki, başqa dillərdə də gözəl ifa edə bilək. İstər mentalitetimizlə , istər əxlaqımızla , istər tərbiyəmizlə biz bütün xalqlardan üstünük və mən sizi buna yüz faiz əmin edə bilərəm.
-Şansa inanırsınız?Bəzən düşünürəm ki .ans deyə bir şey yoxdu hər şey insanın zəhmindən aslıdır.
Fərid Əliyev- Mən birinciyə inanıram. Əlbətdə ki , insanın şansı olmalıdır. Bilirsiz şans olmasa əmək sərf etməklə alınmır.
Cahangir Qurbanov- şansı axtarmaq lazımdır.


-Şansınızı heç əldən vermisiniz?
Cahangir Qurbanov-mən indi sizə bir söz deyimdə. 1997 ci ildə Naxçıvanda Yap-ın səhf etmirəmsə ya 5 illiyi yada 10 iliyi idi yadımda deyil. Mən orada estrada və caz müsabiqəsində qalib olub Bakıya gəldim Qala Konsertə və həmin an bizizm ulu öndər Heydər Əliyev Naxçıvanda qonaq oldu hansı ki, Naxçıvanda oxuyan uşaqlar var idi məndə oxuyurdum. Mən Bakıda olduğuma görə orada ola bilmədim. Bu mənim şansım idi Həmin tədbirdə Xalq artistimiz Samir Cəfərov VƏ Tural Ağasıyev o tədbirdə ifa etdilər. Ulu Öndər bəyənib hər ikisini Bakıya oxumağa gəndərdi. Bu onlıarın şansı idi ki, orada ifa etdilər. Yəni mənimdə şansım olsaydı onlıarla Bakıya gələrdim. Bəlkə mənə xeyirlisi bu imiş deyə bilmərəm . Ancaq bilirəm ki, Allah nə edirsə yaxşılğa edir. Mən həyatdada belə insanam . Mən yol gedib ayağımı sındırırıramsa şükr edirəm . Niyə çünki Allahın lütfüdür. Bəlkə qarşıda daha pis hadisə ilə qarşılaşa bilərdim.
-Səhv etmirəmsə siz Madam Batterfly operasında iştirak etmisiniz. Qadın rolunu əcnəbi müğənni ifa edirdi . Yəni bizdə onu əvəz edə biləcək aktyor müğənni yox idi?
Fərid Əliyev- Bəli Amerika vətəndaşə əslən koreyalı xanım idi. Var idi əlbətdə ondan öncə mənim tərəf müqabilim Təibə xanımla bir çox tamaşalarda tərəf müqabili oldum.Sonra Zemfira İsmayılova ilə tərəf müqabili olmuşam . Bir dəfə belarus aktrisası idi səhf etmirəmsə onunlada tərəf müqabili oldum bu dəfədə dəyişiklik olsun deyə bu xanımla səhnəni bölüşdük . Çox gözəl alındıda. Məncə bu xanım məhz bu rol üçün düzgün seçilmişdir.
-El şənliklərinə dəvət edirlərmi sizi?
Fərid Əliyev-Əlbəttə edirlər. Doğrudu mən toy musiqiləri ifa etmirəm. Məni toya dəvət edən insanlarda da öz klassiklərimizdən istəyrlər. Artıq bizim toylarda da klassikamıza tələbat var.
Cahangir Qurbanov-mən bayaq qeyd etdim ki, vokala gəlməmişdən caz estrada musiqisi ilə məşqul olmuşam və toy şənliklərində çox istirak etmişəm vaxtilə. Indi toylara getmirəm. Ancaq elə onunla qazanırdıq. Restoranda işləmək çox çətindir. Bilirsiniz niyə çünki hər təbəqədən insan olur və hər birinin arzusunu yerinə yetirməyə məcbur olursan.Mən vokalla məşqul olandan bu cür ecazkar musiqini ucuzlaşdırmamaq üçün artıq toylara getmirəm və öz sənətimlə məşqulam. Lakin olur ki , qohum toylarında iştirak edirəm və bilirsiniz ki, orada da imtina etmək olmur. Mən o toyda çıxıb Fiqaronun ariyasını ifa edəndə ya başqa bir operadan ifa edın də inanın toyda 300 nəfər varsa 250 nəfəri telefona çəkir inandırım sizi. Təbii ki, iki üç mahnı təqdim edib toyumuzda iştirak edirik.


-Məlumdur ki, xaricdə səfərdə olursunuz və orada düşmənlərimizlə qarşılaşırsınız sizə qarşı təşviqat kompaniyası edirlər.?
Fərid Əliyev-edirlər. Ancaq inanın istər ifa , istər mədəniyyət baxımdan onların bizə çatmaqlarına çox var. Çünki onların özünü heç bir şeyi yoxdu. Bizim , digər xalqların musiqisini oxuyub irəli çıxmaq istəsələrdə bu onlarda alınmır. Çünki bu bizimdi onu ancaq bizdən olan , bizim qanımızı daşıyan elə ifa edə bilər v\ biz olan tədbirdə onlara heç vaxt bizə olan hörməti göstərmirlər və onlara işğalçı kimi baxırlar.
-Bir dəfə səhv etmirəmsə hansısa müğənniyə gedib sizdə vuruşun deyəndə , deyib mənim silahım səsimdi. Ancaq bunu bacarıram . Sizcə vətənin döyüşçüyə ehtiyacı olduğu zamanda səsimlə vuruşuram deyə bilərik?
Cahangir Qurbanov-Mən hərbiçiyəm . İcazə verin mən birinci cavablandırım. Bilirsiniz mən müğənniyəm və səsimlə başqa ölkələrdə müsabiqələrdə vuruşa bilərəm. Lakin bu yaxınlarda döyüş bölgəsində baş verən hadisələrdən sonra mən hərbiçi olduğum üçün deyirəm ki, əlimə silah alıb vuruşmağada hazıram. Onu qeyd edim ki, mən o döyüş bölgəsinə getdim , səngərlərdə oldum . Bayraq təpədə oldum və mahnımıda ifa etdim, onlar orda daha da ruhlandılar. Bir sözlə mən vətən üçün vuruşmağa hər zaman hazıram. Orda da qeyd etdimki, mən topçuyam və hər zaman sizə dəstəyəm. Çünki mənim təhsilimdə buna imkan verir , tank əleyhinə artileriya komandiri olmuşam. Lazım gəlsə mən hazıram. Səslə vuruşan insan getsin səsi ilə vuruşsun.


-Filimlərimizə yəqin ki, baxırsınız .Sizin kimi istedadlı insanları görəndə həmişə yadıma Bəxtiyar filmindən bir fraqment düşür “ neftçi ya xanəndə” siz özünüzü hansı sahədə görürsünüz.? Sualım Hər ikizədə aiddir. Çünki hər ikiniz başqa sahədən gəlmisiniz opera səhnəsinə.
Fərid bəy
– Mən ancaq özümü opera səhnəsində görürəm və çox böyük arzumdur ki, bir filmə çəkilim. Bu mənim ən böyük reallaşdırmaq istədiyim arzumdur. İnşallah ki olar.
Cahangir bəy-Mənim sənətim elədir ki, hərbi ilə musiqi bir arada odur ki, mən də özümü musiqidən başqa yerdə görə bilmirəm.Bir arzum var ki , necə əcnəbilrin adı bizim afişalarda qeyd olunur eləcədə mənim , Fəridin adı dünya ölkələri afişalarında olsun. Bu mənim ən böyük arzumdur. Əgər məqsədimiz dünya səhnəsidisə məndə qardaşım Fəriddə bunun üçün əlimizdən gələni edəcəyik.


-Tərəf müqabili olmusuz?
Cahangir Qurbanov-
Əlbətdə o qədər biz elə həyatdada dostuq, tərəf müqabiliyik.inanın ki hər gün görüşməsəkdə bir gündə ən azı neçə dəfə telefonla danışırıq və onun adı mənim telfonumda Bratikdi.Mənimdə adım onun telefonunda həmçinin.Bir dəfə deməli tərəf müqabiliyik. Mən deməli Fəridi öldürmüşəm və üzərinə plaş örtmüşəm və orda bir söz deməliyəm o söz yadımdan çıxır. Baxıram pərdənin arxasına ki ki söz yadımdan çıxıb oradanda sözü deyirlər və mən eşitmirəm. Elə bu məqamda Fərid Ppaşın altında sözü deyəndə inanın mən gülməkdən özümü güclə saxladım. Belə hadisələr olur səhnədə.
-Fərid bəy, Koroğluda Həmzəni oynamısız necə oldu Koroğlunu sizə hıvalə etdilər?
Fərid Əliyev-Bəli. Ümumiyyətlə Həmzə bəy mənim İlk rolum olub yadımdan çıxıb neçənci il idi. 10 15 il olar ki, bu rolu ifa etmişəm. Bu operanın musiqisi məni elə valeh edirdi ki, inanın hər bir zaman düşünmüşəm ki Koroğlunu məndə ifa edəcəm demək ki, məqamı indidi. İndi necə alınacaq onu verirəm tamaşaçıların ixtiyarına. İnşAllah yaxşı alınar.
Cahangir Qurbanov- Bu günkü məşqlərdən gördüm ki , əla alınacaq.
Fərid Əliyev – Bu rolu oynayacağım üçün çox həyəcanlıyam . Çünki böyük məsuliyyətdi inşAllah qalibliyimin bəhrəsi o idi ki, Üzeyir bəyin musiqisini ifa etmişdim. Bu əsər bəyənildi və birinci yerə layiq oldum.
Cahangir Qurbanov- Üzeyir bəyin musiqisi bizı bir ərmağandır. Onun musiqisi olmasaydı bəlkə də biz bu yerə layiq olmazdıq. O bizim musiqiçilərə dəstəkdi və onun əsərlərini oxumaq bizə böyük şərəfdir.


-Sonda belə bir sual vermək istəyirəm . Deyirlər ki, əsl sənətkar öz müəllimini keçir, özündən sonrada özünü keçəcək tələbə yetişdirməkdir. Razısınızmı?
Cahangir Qurbanov-doğrudur. Amma bizim müəllimimiz elə bir sənətkardır ki, mən inanmıram onu keçə bilərik. Onun 83 yaşı var və bu gün də Konservatoriyada tələbə yetişdirir. Mən deyərdim ki , o özü bir Koservatoriyadır.


-Sonda səmimi müsahibə üçün Hər ikinizə dərin təşəkkürümü bildirirəm . Koroğlu Operasında sizə bol bol uğurlar arzu edirəm.


Hər bir insan onu yetşdirən ona dəstək olan ustadının göstəricisidir. Müsahiblərim isə Hüseyin Əliyev adlı Qalaktikanın Ulduzları opera səhnəsinin cəngavərləri əsl azərbaycanlılar Cahangir Qurbanov və Fərid Əliyevdir.
 

AZpress.AZ, Minə Türksoy.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !