Musiqi dünyasında ruha qida verən musiqiçilər və musiqilər! - FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Musiqi dünyasında ruha qida verən musiqiçilər və musiqilər! FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Klassik musiqi anlayışı baxımından XX əsr Azərbaycan musiqisinin tarixində mühüm, əlamətdar bir mərhələdir. Məhz bu dövrdə ölkədə yüksək peşəkarlığı ilə, orijinal musiqi üslubu ilə seçilən bəstəkarlıq məktəbi yaranmışdır. Azərbaycan musiqisi dünya professional musiqi mədəniyyətinin ümumi sisteminə qovuşur, Azərbaycan bəstəkarları və ifaçıları dünya musiqisinin səviyyəsinə qalxmışlar.
Professional klassik musiqinin banisi dahi bəstəkar Üzeyir Hacıbəyov hesab olunur.
30-cu illərin sonu, 40-cı illərin əvvəllərində Azərbaycan musiqisində yeni bəstəkarlar nəsli yetişir. Yaradıcılıq axtarışlarının diapazonu genişlənir, yeni janrlar, yeni təmayüllər meydana gəlir. Avropa musiqisinin aparıcı təmayülləri – neoklassizm, dodekafoniya, seriya texnikası milli zəmində işlənməsi maraqlı sənət tapıntıları ilə nəticələnir. Ən başlıcası isə odur ki, Azərbaycan musiqisi artıq ölkə hüdudlarından çox-çox kənarlarda, beynəlxalq miqyasda da geniş şöhrət qazanır. Belə böyük uğurlar ilk növbədə üç dahi sənətkarın – Qara Qarayev (1918-1982), Fikrət Əmirov (1922-1984) və Niyazinin (1912-1984) yaradıcılıq axtarışları ilə bağlıdır. Onların əsərləri dünyanın bir çox ölkələrində səsləndirilmiş, disklərə yazılmış və mükafatlara layiq görülmüşlər. “Cəvahirləl Nehru”, “Bela Bartok adına medal” və bir sıra beynəlxalq mükafatlara layiq görülən Niyazi dövrümüzün böyük dirijorları sırasına daxildir.
Hər zaman ruhumuza qida hesab olunub musiqi. Klassik musiqi isə zadəganlığa aparan yoldur bizləri. İnsanın musiqi ilə məşqul olması həmdə hər kəsdən fərqli olmasına, seçilməsinə başlıca amildir. Dövrü qədimdən əsilzadələr öz övladlarının məhz klassik musiqi ilə məşqul olması üçün ona başqa ölkələrdən müəllimlər gətirdərdilər.
Artıq dövr dəyişib , zaman keçib və hər bir kəsin musiqi ilə məşqul olmaq şansı var. Belə şanslı övladlarımızdan bir neçəsi də məhz Azərbaycan Respublikası Mədəniyyət və Turizim Nazirliyi Bakı şəhər Mədəniyyət və Turizim İdarəsinin nəzdində yerləşən Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin şagirdləridir.
AZpress.AZ informasiya agentliyinin verdiyi xəbərə istinadən bildiririk ki, 21may 2016-cı il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Bakı şəhər Mədəniyyət və Turizim idarəsi nəzdində Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin hesabat konserti keçirilmişdir. Konsert Ü.Hacıbəyli adına Azərbaycan Simfonik Orkestrinin müşayəti, drijor Fuad İbrahimovun rəhbərliyi ilə təşkil olunmuşdur. İlk öncə gələn qonaqları şagirdlərin əl işləri ilə tanış edən məktəbin direktoru Əziz Qarayusifli konsertin mahiyyətinin il ərzində şagirdlərin öyrəndiklərinin hesab konserti olduğunu söyləmişdir və hər kəsi konsert salonuna dəvət etmişdir.
Konsert proqramı iki hissədən ibarət idi. Birinci hissədə ilk olaraq İkinci sinif şagirdi Əlipaşa Şahgəldiyev (truba) müəllim Respublika Əməkdar Artisti Vladislav Kuznetsov, on birinci sinif şagirdi Beynəlxalq müsabiqə laureatı Elnarə Tağızadə (alt) müəllim Əməkdar artist Vaxtang İmanov, səkkizinci sinif şagirdi Beynəlxalq müsabiqələr laureatı, “Yeni adlar “ fondunun təqaüdçüsü Zərrin Əliyeva ( skripka) müəllim Professor Hökümə Əliyeva, on birinci sinif şagirdi Beynəlxaql müsabiqələr laureatı, Prezident təqaüdçüsü Nərgiz Hüseynova (skripka) müəllim Hökümə Əliyeva, on birinci sinif şagirdi Beynəlxalq müsabiqələr laureatı “ Yeni adlar” fondunun təqaüdçüsü Orxan Hüseynov( violonçel) müəllim Əməkdar İncəsənət xadimi , professor Nəzmiyyə Abbaszadə ifa etmişlər.
10 dəqiqəlik fasilədən sonra Möhtəşəm konsert dahada coşqulu formatda davam etmişdir. Məhşur bəstəkarların əsərləri ilə səhnəyə çıxan gınc musiqiçılər onuncu sinif şagirdi Beynəlxalq müsabiqələr laureatı Cavid Yusifzadə( fortepiano) müəllim Dilarə Manafova, beşinci sinif şagirdi Jalə Quliyeva ( fortepiano) müəllim Cəmilə Mustafina , yeddinci sinif şagirdi Beynəlxalq müsabiqələr laureatı Nərgiz Əliyeva (fortepiano) müəllim Nailə Rəcəbli, onuncu sinif şagirdi Respublika müsabiqəsi laureatı , Beynəlxalq müsabiqələr diplomantı Rzazadə Səbinə (fortepiano) müəllim Tatyana Ryabuxa ifaları olduqca tamaşaçıları heyran etmişdir. Hər bir musiqi alətində ifa edən gənc musiqiçilərimiz həqiqətən də istənilən beynəlxalq müsabiqədə qalib olmağa layiq idilər. Sonda komanda olaraq səhnəyə çıxan musiqiçiləri tamaşaçılar alqış və çiçək dəstələri ilə qarşılamışdır. Uğurlu bir konsert proqramı ilə çıxış edən Bakı Şəhər Mədəniyyət və Turizim idarəsinin nəzdində Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin konserti möhtəşəm proqram ilə hesabat konsertinə yekun vurmuşdur.

 


AZpress.AZ. Minə Türksoy.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !