ADU ilə UPC MMC (Dərs Evi) arasında əlaqələr genişlənir -

ADU ilə UPC MMC (Dərs Evi) arasında əlaqələr genişlənir

Azərbaycan Dillər Universitetində (ADU) ADU ilə UPC MMC (Dərs Evi) arasında imzalanan Əməkdaşlıq üzrə Memorandumun şərtlərinə əsasən “Qəbul imtahanlarına hazırlıq və bu prosesdə valideynlərin rolu” adlı seminar keçirildi.
ADU-nun İnformasiya Resurs Kompleksi (İRK) və UPC MMC-nin (Dərs Evi) birgə təşkilatçılığı ilə keçirilən seminarda iştirak edən “DərsEvi” tədris mərkəzinin direktoru Pavel Belorusskiy universitetdə olmaqdan məmnun olduğunu bildirdi. Çikaqo Universitetində “İlin müəllimi” mükafatına layiq görülən P.Belorusskiy rəhbərlik etdiyi tədris mərkəzi haqqında məlumat verdi. Əsas məqsədi təhsil sahəsində sahib olduqları beynəlxalq təcrübənin Azərbaycanda tətbiq olunmasına və təhsilin inkişafına töhfə verməyə yönəlmiş seminarda P.Belorusskiy “Abituriyentlərin qəbul imtahanlarına hazırlığı prosesində valideynlərin rolu” adlı məruzə ilə çıxış etdi.
“DərsEvi” tədris mərkəzinin məhsul üzrə şöbə direktoru Marina Rozenfeld “Qəbul imtahanına hazırlaşmağın effektiv yolları” mövzusunda danışdı. O, ali təhsil aldığı müddətdə paralel olaraq nüfuzlu Kaplan test hazırlığı mərkəzində təlimatçı kimi çalışması, tədris materiallarının hazırlanması, yeni təlim üsullarının tətbiq edilməsində iştirakından danışdı. M. Rozenfeld təhsildə unikal metodikalı tədris mərkəzlərinin qurulması, müəllimlərin yetişdirilməsi və metodiki tədris vasitələrinin hazırlanması üzrə qazandığı təcrübəni iştirakçılarla bölüşdü.
Seminar abituriyentlər üçün iki fənn üzrə qısamüddətli sınaq imtahanının keçirilməsi, bir neçə imtahan suallarının təhlili və iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə davam etdi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !