ADU-nun tələbələri Uşaqlar bizim gələcəyimizdir adlı tədbir keçirdilər - FOTO

ADU-nun tələbələri “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirdilər FOTO

20 may 2016-cı il tarixində Azərbaycan Dillər Universiteti (ADU) və Xətai rayonu Heydər Əliyev adına liseyin birgə əməkdaşlığı çərçivəsində “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirildi. 1 İyun Beynəlxalq Uşaqlar Gününə həsr olunan tədbirdə universitetin Linqvodidaktika kafedrasının müdiri, professor Gülnar Hüseynzadə, Psixologiya kafedrasının müdiri, dosent Ceyhun Alıyev, adıçəkilən kafedraların müəllimləri, eyni zamanda Heydər Əliyev adına liseyin müəllim və şagird heyəti də iştirak edirdi.
Tədbirdə şagirdlərin ifasında ADU-nun adıçəkilən liseydə pedaqoji təcrübə keçən Pedaqoji fakültənin (ingilis dili-fransız dili) 429b qrup tələbəsi Nərgiz Şərifovanın təşkilatçılığı ilə hazırlanmış “Snow white and seven dwarfs!” adlı tamaşa ingilis dilində nümayiş olundu.
Tədbirin sonunda liseyin şagirdləri diplomlarla təltif olundular.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !