" Mənim hazırladığım gəlinciklər mənim həyatımın bir parçasıdır!" - FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

" Mənim hazırladığım gəlinciklər mənim həyatımın bir parçasıdır!" FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

AZpress.AZ informasiya agentliyinin verdiyi xəbərə istinadən bildiririk ki, may ayının 14 –də Muzey Mərkəzində “ Gece nağılları” gəlincik sərgisi keçirilmişdir. Müəllifi Qalina Dmitruk olan bu sərginin təşkili ” Art Kukla “ və Mədəniyyət və Turizim Nazirliyinin Muzey Mərkəzinə həvalə olunmuşdur.
Gəlinciklər müəllifin daxili aləmi və incəsənətin xüsusi bir qoludur.Kukla dizaynı Belarusda demək olar ki, nisbətən yeni sahədir və on il bundan öncə inkişaf etməyə başlamışdır.Qalinanın gənc və ixtisasca jurnalist olmasına baxmayaraq , Belarusda o bu incəsənət sahəsinin yaradıcılarından sayılır.
Bakıda keçirilən Beynəlxalq kukla biennalesinin daimi iştirakçısıolan müəllif ölkəmizin paytaxtında keçirilən ilk fərdi sərgisi üçün “Gecə Nağılları” adlı xüsusi layihə belə fikirləşmişdir. Müəllifin fikrincə Azərbaycan xanımları olduqca gözəl və cazibədardırlar. O da bu gözəllikdən zövq alaraq bu kuklaları ərsəyə gətirmişdir. Hazırladığı kuklalar olduqca zərif ə ecazkar görünürdü. Hətda bəzən səthi baxanda orada canlı insan seluetini təsəvvür etmək mümkün idi.
O paytaxtəməzən gözəlliyinə aşiq olduğunu gizlətmir, məhz əsərlərini belə gözəl alınmasının səbəbini də bununla izah etmişdir. “Dəniz”, “ liya”, Məryəm”, “Bella”, “Aylin”,”sevil”,” Kamilla” və sairə kuklalar nümayiş olunmuşdur.
Əlbəttə bu kuklara tamaşa etdikcə insanı sanki uşaqlıq illərinə aparırdı. Olduqca səmimi olan müəllif Azərbaycanda yeni layihələr etməyi düşündüyünü də söylədi.

 


AZpress.AZ , Minə Türksoy.


FOTO: Rüstəm İsmayılov
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !