Azərbaycanda olan Windows istifadəçiləri üçün Yay/Qış vaxtına keçidi ləğv edən xüsusi yenilənmə istifadəyə verilib -

Azərbaycanda olan “Windows” istifadəçiləri üçün Yay/Qış vaxtına keçidi ləğv edən xüsusi yenilənmə istifadəyə verilib

“Microsoft” Korporasiyası Azərbaycan ərazisində xüsusi «”Windows” əməliyyat sistemlərində vaxtın hesablanması və saat qurşağının müəyyənləşdirilməsi funksiyalarının tənzimlənməsi üçün məcmu yenilənmə»ni (“Windows Update”) istifadəyə verib. Yenilənmədən “Windows”un bütün lisenziyalaşdırılmış versiyalarından ölkə ərazisində istifadə edənlər mayın 10-dan etibarən yararlana bilərlər.

Məlum oldiğu kimi, Azərbaycan Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli 131 saylı Qərarına əsasən, carı ilin 27 mart tarixində ölkə ərazisində yay vaxtına keçid ləğv olunmuşdur. Bu qərar müvafiq keçidə bir neçə gün qalmış elan edildiyi üçün kompüter sistemlərində vaxtla bağlı uyğunsuzluqlar əmələ gəlmişdir. Bunula bağlı olaraq, “Microsoft” şirkəti bütün istifadəçiləri proaktiv şəkildə dərhal məlumatlandırmaq üçün martın 17-də media, sosial şəbəkələr, bloqlar və elektron poçt vasitəsi ilə uyğunsuzluğun təsirini azaldan müvafiq təlimatlar təqdim etmişdir və eyni zamanda «”Windows” əməliyyat sistemlərində vaxtın hesablanması və saat qurşağının müəyyənləşdirilməsi funksiyalarının tənzimlənməsi üçün məcmu yenilənmə»nin buraxılışı üzərində işə başlamışdır. Bu məsələnin mərkəzləşdirilmiş qaydada “Windows” yeniləmələri (“Windows Update”) vasitəsi ilə həll edilməsi üçün “Microsoft” Korporasiyasına müvafiq məlumatla müraciət olunub və yenilənmə 10 may 2016-cı il tarixinə hazırlanacağı rəsmən bildirilmişdir.

Beləliklə, “Microsoft” Korporasiyası tərəfindən vəd edilmiş müvafiq yeniləmə artıq mayın 10-dan etibarən əlçatandır. Bu təlimatdan istifadə etməklə həmin yeniləməni quraşdırmaq, beləliklə də Yay/Qış vaxtına keçidlə bağlı uyğunsuzluğu müvafiq qərara əsasən tamamilə həll etmək mümkündür.

Yay/Qış vaxtına keçidi ləğv edən yenilənmənin quraşdırılması üçün təlimatı diqqətinizə çatdırırıq: https://www.facebook.com/MS.Azerbaijan/posts/969161136485564
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !