Binəqədi rayonunda "Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi" mövzusunda müşavirə keçirildi - FOTO ( AZpress.AZ - İlkin Həmidov )

Binəqədi rayonunda "Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi" mövzusunda müşavirə keçirildi FOTO ( AZpress.AZ - İlkin Həmidov )

13 may 2016-ci il tarixində Binəqədi Rayon Binəqədi qəsəbəsi Mədəniyyət evinin inzibati binasında Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin əməkdaşları ilə birgə "Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi" mövzusunda müşavirə keçirildi.
Müşavirəyə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov və Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçiyev sədirlik etdilər.
Tədbiri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İlqar Süleymanov açaraq giriş nitqi ilə çıxış etdi.
Sonra Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçiyev "Su hövzələrində əhalinin təhlükəsizliyinin təmin olunmasında Bakı Regional Mərkəzinin yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyəti" mövzusunda çıxış etdi.
Dövlət Sularda Xilasetmə Xidmətinin təbliğat, tibb və təşkilat sektorunun müdiri Mənsur Piriyev, FHN Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin Qeydiyyat-reyestr şöbəsinin rəisi Muğam Əliyev, 16 saylı Təcili Tibbi Təxirəsalınmaz Yardım Stansiyasının həkimi Hikmət Əhmədov, Binəqədi Rayon Bələdiyyəsinin sədr müavini Rasim Gözəlov, Binəqədi Rayon Polis idarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi Elman Seyidov və Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Fədai Hacıyev çıxış edərək rayon ərazisində çimərliklərin yay mövsümünə hazırlıq ilə əlaqədar görülən işlər barədə hesabatlarını təqdim etdilər.
Tədbir çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi rayonun aidiyyəti təşkilatları ilə birgə su hövzələrində rayon əhalisinin təhlükəsizliyinin təmin olunması üçün müvafiq məqsədyönlü işlərin görülməsi, su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi işinin təşkili birinci və əsas məsələ olduğunu xüsusi ilə qeyd etdilər.
 

 

FOTO: Ilkin Həmidov

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !