ADU-da I Şah Təhmasib Səfəviyə həsr olunmuş tədbir keçirildi -

ADU-da I Şah Təhmasib Səfəviyə həsr olunmuş tədbir keçirildi

13 may 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən “Tarix” klubunun və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun birgə təşkilatçılığı ilə IŞah Təhmasib Səfəviyə həsr olunmuş tədbir keçirildi.
ADU-nun professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə çıxış edən Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev qonaqları salamlayaraq onları ADU-da görməkdən məmnun olduğunu dilə gətirdi. O, bugünkü tədbirin tarixi şəxsiyyətlərin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirərək Tarix klubunun daim aktual məsələlərə aid görüşlər təşkil etdiyini söylədi, onların işini yüksək qiymətləndirdi.
Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent TofiqNəcəfli öncə İnstitutun “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsindən söz açdı, layihənin ölkənin orta və ali təhsil müəssisələrində gerçəkləşdirildiyini bildirdi. Tariximizin hər bir dövrünü yaşadan, dünya arenasında bizi tanıdan tarixi şəxsiyyətlərdən birinin də I Şah Təhmasib olduğunu diqqətə çatdıran Tofiq Nəcəfli onun XVI əsrin başlanğıcında nəinki Cənubi Qafqazda, hətta Yaxın və Orta Şərqdə torpaqlarımızı vahid mərkəzdə birləşdirən möhtəşəm imperiyanın əsasını qoyduğunu sözlərinə əlavə etdi. O, 235 illik Səfəvi imperiyasının yaradıcısı Şah İsmayıl Səfəvinin oğlu olanŞah Təhmasibinhəyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan Səfəvi dövlətinin qüdrətli imperiyalardan birinə çevrildiyini diqqətə çatdırdı.
Tarix İnstitutunun professoru Şahin Fazil Səfəvi dövrünə aid yazılı mənbələr və onlarda yer alan tarixi faktlar haqqında ümumi məlumat verdi. O, I Şah Təhmasibin həyatından, hakimiyyətə gəlişi və bu istiqamətdə qarşılaşdığı əngəllərdən, uzaqgörən siyasətindən, ölkəsini ədalətlə idarə edən hökmdar olmasından danışdı. Şah Təhmasibin Səfəvi-Osmanlı müharibələrində sülhə nail olaraq bir sıra Avropa dövlətlərinin Səfəvilərdən Osmanlılara qarşı istifadə etmək cəhdlərinin qarşısını aldığını söyləyən professor,görkəmli hökmdarın işini ləyaqətlə yerinə yetirən tarixi şəxsiyyət olduğunu bildirdi.
Daha sonra konfransda çıxış edən Tarix İnstitutunun tarix üzrə elmlər doktoru Xeyirbəy Qasımov, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli I Şah Təhmasibin fəaliyyəti, şəxsiyyəti, daxili aləmi, düşünülmüş siyasəti, döyüş taktikası haqqında məlumat verdilər, onun hakimiyyəti dövründə Azərbaycan mədəniyyətinin yüksələn xətlə inkişaf etməsini nəzərə çatdırdılar.
Tədbirdə çıxış edənlərgörüşün vacib və aktual mövzuya həsr olunduğunu söylədilər, belə tədbirlərin davamlı olacağına əminliklərini ifadə etdilər.
Şah Təhmasibə həsr olunmuş konfransın sonunda tarixçi-alimlərtələbələrin çoxsaylı suallarını cavablandırdılar.
Qeyd edək ki, tədbirdə digər universitetlərin tələbələri də iştirak edirdi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !