Lənkəranda keçirilən şahmat üzrə rayon birinciliyinə yekun vurulub -

Lənkəranda keçirilən şahmat üzrə rayon birinciliyinə yekun vurulub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Lənkəran Şəhər Şahmat Məktəbində keçirilən şahmat üzrə rayon birinciliyi başa çatıb.

AZƏRTAC xəbər verir ki, üç gün davam edən yarışda 12 komanda qələbə uğrunda mübarizə aparıb.

Respublika şahmat turnirinin zona mərhələsinə hazırlıq xarakteri daşıyan rayon birinciliyində qalib gələn Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin komandası zona mərhələsində iştirak etmək hüququ qazanıb.

Rayon birinciliyində şəhər 10 nömrəli tam orta məktəbin komandası ikinci, Şirinsu kənd tam orta məktəbinin zəka sahibləri isə üçüncü yeri tutub.

Qaliblərə diplomlar və hədiyyələr verilib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !