Oyuq çuların növbəti uğuru - FOTO

“Oyuq”çuların növbəti uğuru FOTO

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasının balaca istedadları daha bir möhtəşəm tədbiri reallaşdırdı. Belə ki, mayın 10-da studiyanın təqdimatında ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə tamaşa və təntənəli konsert proqramı nümayiş olundu.

Komik hadisələrlə zəngin “Şahın xudpəsənd oğlu” adlı tamaşa və rəngarəng konsert proqramı balaca tamaşaçıların coşğusu ilə müşayiət olundu.

Maraqlı səhnə həlli verilən səhnə işinin müəllifi Səidə Haqverdiyeva, rejissoru Cəmilə Allahverdiyeva, rəssamı isə İqbal Əliyevdir.

Anşlaqla keçən tamaşa-konsertdə studiyanın istedadlı üzvləri İbrahim Bakıxanov, Mirismayıl Sadıqov, İlham Qasımov, Selcan Xatun, Nigar Xanmirzəyeva, Nəzrin Xəlilova, Nuray Rəhman, Dəniz Mənsimova, İsmayıl Əliyev, Miryaqub Seyidov, Arif Əliyev, Aysu Cəbrayılova və başqaları çıxış edirdilər. Tədbirə aparıcılığı bu dəfə də balacaların sevimlisi aktrisa Ülviyyə Əliyeva edirdi.

Xatırladaq ki, balaca “Oyuq”çuların ümummilli liderə sevgi nümayişi olan konsert-tamaşa artıq üç ildir ki, reallaşır və hər dəfə də yeni tamaşası, rəngarəng konsert proqramı ilə yadda qalır.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !