Hüseyn xan Naxçıvanski. Qayıdış sənədli filmi təqdim olunub - FOTO

“Hüseyn xan Naxçıvanski. Qayıdış” sənədli filmi təqdim olunub FOTO

Mayın 11-də Nizami Kino Mərkəzində “Hüseyn xan Naxçıvanski. Qayıdış” tammetrajlı sənədli filminin təqdimatı olub.

Tədbirdə ölkəmizin müstəqilliyi və azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təqdimatdan əvvəl çıxış edən Respublika Veteranları Təşkilatının rəyasət heyətinin üzvü, ehtiyatda olan polkovnik Rasim Muxtarov bildirib ki, Azərbaycanın görkəmli hərbçisi Hüseyn xan Naxçıvanski nəinki ölkəmizdə, habelə dünya hərb tarixində böyük iz qoymuş insandır. Rusiya-Yaponiya və Birinci Dünya müharibələrinin iştirakçısı Hüseyn xan Naxçıvanski rus imperiyasının süvari qoşunlarının komandiri olub. R.Muxtarov diqqətə çatdırıb ki, Hüseyn xan Naxçıvanski 1917-ci il inqilabını qəbul etmədiyi üçün Sovet İttifaqı dövründə onun adı hallanmayıb. O, uzun müddət orduda xidmət etmiş, general-leytenant rütbəsinədək yüksəlmiş Hüseyn xan Naxçıvanskinin iştirak etdiyi müharibələrdə göstərdiyi qəhrəmanlıqlardan danışıb.

Filmin çəkilməsini yüksək qiymətləndirən R.Muxtarov bildirib ki, Hüseyn xan Naxçıvanskinin həyatına işıq salan bu ekran əsəri ilə şanlı hərb tariximiz özümüzə qaytarılır.

Filmin xətt prodüseri Tahir Əliyev çəkiliş prosesindən danışıb. Bildirilib ki, üç ilə ərsəyə gələn filmin ideyası 2011-ci ildə o, “Lennauçfilm” studiyasında ezamiyyətdə olarkən yaranıb. Həmin vaxt Valentina Qurkalenko belə bir film çəkməyi təklif edib. T.Əliyev vurğulayıb ki, Hüseyn xan Naxçıvanski ömrünün ən işıqlı dövrünü Rusiyaya həsr etdiyi üçün “Lennauçfilm” studiyası bu ideyanın reallaşmasında maraqlı olub.

Qeyd edilib ki, film yaxın vaxtlarda Sankt-Peterburqda da nümayiş olunacaq.

Sonra sənədli filmin təqdimatı olub. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” sənədli filmlər studiyası və “Lennauçfilm” studiyasının birgə istehsalı olan film Rusiya imperiyasında böyük nüfuz sahibi olmuş görkəmli azərbaycanlı sərkərdə, tam süvari qoşunları generalı, II Nikolayın general-adyutantı Hüseyn xan Naxçıvanskinin həyat və fəaliyyətindən bəhs edir.

Çəkilişləri Naxçıvan, Bakı və Sankt-Peterburqda aparılan, tarixi faktlardan, xüsusilə də arxiv materiallarından geniş istifadə olunan filmin ssenari müəllifi və rejissoru Valentina Qurkalenkodur. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !