Lənkəranda Vətənpərvər ruhda tərbiyə.Sağlam ailə, sağlam həyat mövzusunda konfrans keçirilib -

Lənkəranda “Vətənpərvər ruhda tərbiyə.Sağlam ailə, sağlam həyat” mövzusunda konfrans keçirilib

May 12-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Lənkəran bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “ Vətənpərvər ruhda tərbiyə. Sağlam ailə, sağlam həyat” mövzusunda konfrans keçirilib.Konfransda Lənkəran Dövlət Universitetinin, Tibb və Humanitar kolleclərinin tələbələri, ziyalılar, ağsaqqallar və din xadimləri iştirak ediblər.
Lənkəran Şəhər İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aydın Məmmədov “Gənclərin vətənpərvər ruhda tərbiyəsində Azərbayçançılıq məfkurəsi” adlı məruzəsində qeyd edib ki, Ulu öndər hər bir Azərbaycan vətəndaşının siyasi mövqeyindən, sosial statusundan, tutduğu vəzifədən asılı olmayaraq vətənpərvər olmağa, milli maraqları şəxsi mənafedən üstün tutmağa, dövlətin möhkəmlənməsinə və qanunçuluğun təntənəsinə xidmət etməyə çağırırdı. Heydər Əliyevin təbliğ etdiyi Azərbaycançılıq ideyası hər bir vətəndaşı bu dövlətin idarə olunmasında və inkişafında məsuliyyətə dəvət edir, hər bir azərbaycanlıda ictimai-siyasi özünüdərk duyğusunu, vətəndaşlıq hissinin yüksək olmasını tələb edirdi.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov “Azərbaycançılıq və milli-mənəvi dəyərlərimiz” adlı məruzəsində vurğulayıb ki, Azərbaycançılıq ideyasının tərkib hissəsi milli-mənəvi dəyərlərə sadiqlikdir. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın hər bir vətəndaşını tarixə hörmətə, tolerant və multikultural dəyərlərə söykənməyə dəvət edirdi. Ulu Öndərin bu istiqamətdə müəyyənləşdirdiyi strategiyanı bu gün ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir, milli ideyanın qorunması, inkişafı və dövlətçiliyimizin möhkəmləndirilməsi naminə böyük işlər görür.
Tədbirdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin rəisi, polis polkovnik-leytenantı İzzət Əsgərovun “Narkomaniyaya qarşı mübarizə yolları", Lənkəran Dövlət Universitetinin pedaqogika və psixologiya kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Afiq Əliyevin “Gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmağın sosial-pedaqoji istiqamətləri”, İlahiyyatçı, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı Samid Quliyevin “İslamda Vətən sevgisi”, Lənkəran rayon Mərkəzi xəstəxanasının baş həkiminin müavini Taleh Məmmədlinin “Erkən nikah və onun fəsadları” adlı çıxışları dinlənilib.
Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !