Unudulmayan Unudulmaz filmi – Heydər Əliyev fenomeni - FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Unudulmayan”Unudulmaz“ filmi – “Heydər Əliyev “fenomeni FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Heydər Əliyev ! Bütün bəşəriyyətin unudulmayan fenomeni. Gəlişi ilə bütün Azərbaycan xalqının rəğbətini qazanan, millətini sevən , ömrünün qalan hissəsinidə xalqına adayan şəxsiyyət.O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb etmiş, dünya azərbaycanlılarının bu ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılmışdır. Bu gün də Azərbaycan xalqı ulu öndərin yoxluğunu hiss edir. Azərbaycan xalqına göstərdiyi xidmətlər o qədər böyük və əhəmiyyətlidir ki, onun qiyməti və çəkisi zaman keçdikcə daha aydın və dəqiq görünür.Belə insanların taleyinə digərlərindən fərqli olaraq xilaskarlıq missiyası yazılır, onların üzərinə bütöv bir xalqı, toplumu birləşdirmək, öz ardınca cəmiyyəti, hər bir fərdi inkişafa, rifaha, sabitliyə, əmin-amanlığa doğru aparmaq kimi mühüm və məsuliyyətli bir vəzifə düşür. Azərbaycan xalqının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev də məhz belə dahi tarixi şəxsiyyətlərdəndir ki, heç bir vaxt unudulmur.
Məhz Heydər Əliyevə olan sevgi və rəğbət daima onun xalqı tərəfindən xatırlanması, hörmətlə alınması bunun sübutudur. Hər zaman musiqilərimizdə . sözlərimizdə , əsərlərimizdə filmlərimizdə adı ləyaqətlə yad edilmişdir.
AZpress.AZ xəbər saytının verdiyi xəbərə əsasən bildirirk ki, 10 may 2016-cı il tarixində Nizami Kino Mərkəzində Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “ Unudulmaz” adlı filmin təqdimat mərasimi keçirilmişdir. İlk öncə səhnəyə çıxan müəllif Elnur Niftəliyev Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad olunmasını xahiş etmişdir. Ulu öndərin 93 illiyinə həsr olunmuş filmin müəllifi jurnalist Elnur Niftəliyevdir. Filmdə Heydər Əliyevin Klivlend xəstəxanasında keçirdiyi günlər, orada olan xəstəxana əməkdaşları ilə olan xatirələrdən bəhs edən film Azərbaycan tamaşaçıları üçün yeni bir səhifə açdı desək yanılmarıq. Filmdə Heydər Əliyev şəxsiyyətinin bir daha əvəzolunmaz rəhbər, xalqını sevən lider olmasını görməmək mümkün deyil. Gənc bir müəllifin bu qədər dəqiq və maraqlı filmi ərsəyə gətirib xalqa çatdırması Heydər Əliyevin tanımadığımız tərəflərini bizə çatdırması təqdirə layiqdir. Sonda filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirən müəllifin filmi tamaşaçıların rəğbət və alqışlarına səbəb olmuşdur.

 


AZpress.AZ, Minə Türksoy.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !