Yurd Erudit i müəyyən edəcək -

“Yurd” “Erudit”i müəyyən edəcək

Regionlarda gənclərin intellektual inkişafı,dünyagörüşünün artırılması, komanda şəkilində işləmək bacarıqının inkişafı vacib amillərdəndir. Bu səbəbdən də Qubada fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun tərəfdaşlığı ilə şimal zonasında “Erudit” region gənclərinin intellekt festivalı” adlı layihəyə start verib.
Layihənin koordinatoru Ramin Mahmudovun verdiyi məlumata görə, layihə şimal zonasının Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında yeniyetmə və gənclər arasında azərbaycançılıq ideyalarının təbliği, Azərbaycanının mədəniyyəti, tarixi, adət-ənəələrinin təbliği istiqamətində intellektual yarışların təşkilini nəzərdə tutur.
May-avqsut aylarını əhatə edəcək layihə çərçivəsində Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında yaşayan 200 nəfər gənc faydalanacaq. Qeyd olunan ərazilərdə gənclərin iştirakı ilə intellektual çoxnövçülük yarışlarının seçim turları keçiriləcək. Hər zonadan ilk 2 yerin sahibi Quba şəhərində keçiriləcək final mərhələsində iştirak edəcək.
Layihənin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvar ayında gənclərlə görüşündə gənclər və gənclər təşkilatları qarşısında intellektual oyunların təbliğ olunması və keçirilməsi ilə bağlı qoyduğu vəzifələrin yerinə yetirilməsinə səy göstərmək, gənclərin intellektual oyunlar vasitəsilə asudə vaxtının səmərəli təşkil edilməsinə, Azərbaycanımızın tarixi, coğrafiyası, ədəbiyyatı, incəsəninin təbliğ edilməsi və gənclərin vətənpərvərlik, dövlətçilik və vətənə sədaqət ruhunda tərbiyə edilməsinə dəstək verməkdir.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !