Sona Vəliyeva: - Şuşa hər birimizin yaralı yeridir"...

Sona Vəliyeva: “Şuşa hər birimizin yaralı yeridir"...

“Şuşa hər birimizin yaralı yeridir. Düşünürəm ki, Şuşa alınandan sonra hər kəs öz yarasından azad olacaq. Biz gözümüzü açandan “Qarabağ şikəstəsi”-nə qulaq asmışıq. Bu mahnıda çox böyük bir yanğı və vətən həsrəti öz əksini tapır. Hər zaman düşünürəm ki, niyə Şuşanın çiçəklənən zamanında belə yanğılı mahnı oxunur? Özlüyümdə belə cavab verirəm ki, Şuşanın hər zaman düşmənlə üz-üzə durması, namərdlərin gətirilib, Şuşanın qoynunda yerləşdirilməsi sanki onun taleyi idi. “Qarabağ şikəstəsi”ndə Şuşa, sanki öz taleyini görürdü. İstərdim ki, biz Şuşanı tezliklə alaq və içimizdəki bu yanğıya son qoyaq. Biz bu gün həddən artıq qonaqpərvərliyin, laqeydliyin, səmimiyyətimizin, unutqanlığımızın cəzasını çəkirik. Bu torpaqlara layiq olmayan bir millətə o münasibəti göstərdiyimiz üçün onun cəzasını çəkirik. 1828-ci ildən bu yana beynində, ruhunda murdarlıq gəzdirən xain millətin cənnət hesab olunan məkanlarda yerləşdirilməsinə imkan vermişik. Onların torpaqlarımıza köçürüldüyü gün millət kimi ya buna imkan verməyərək ölməliydik, ya da qalib gələrək qalmalıydıq. Şuşa Azərbaycan mədəniyyətinin yüksək zirvəsidir. Mən Şuşanı heç zaman görməmişəm. Ancaq mənə elə gəlir ki, Şuşa mənim evimdir. Şeirlərimin birində qeyd etmişəm ki, Şuşada mənim bir evim var. Onun qapısını bağlayıb, açarı ələ keçməsin deyə ürəyimdə gizləmişəm. Şuşa hər birimizin qapısı bağlanan bir evidir. Torpaq itkisi elə bir şeydir ki, bu məsələdə millət iqtidarından, müxalifətindən asılı olmayaraq, birləşməlidir. Hamı vətən üçün, hamı Şuşa üçün mübarizə aparmalıdır. Şuşa gözləsin, biz gələcəyik. Ümid edirəm ki, biz Şuşaya qalib kimi dönərik. Allah-təala o qələbə gününü bizə qismət etsin!”

 


Sona Vəliyeva, 2013 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !