Yevlaxda inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb -

Yevlaxda inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə yevlaxlı məktəblilər arasında inşa-yazı müsabiqəsinin yekun mərhələsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının təhsil şöbəsi ilə birlikdə keçirdiyi müsabiqədə məktəb turlarında fərqlənən 50 nəfər şagird iştirak edib. Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Məmmədova, YAP rayon təşkilatının aparat rəhbəri Əli Quliyev və Qadınlar Şurasının sədri Əminə Əhmədova çıxış edərək, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıblar.

Müsabiqədə məktəblilər dahi rəhbərə olan sonsuz məhəbbətlərini ifadə edərək, Ulu Öndərlə bağlı düşüncələrini kağız üzərinə köçürüblər. Qaliblərə təhsil şöbəsində keçirilən tədbirdə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !