Səmimi Nazir Əbüfəs Qarayevdən səmimi təbrik çıxışı! - FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Səmimi Nazir Əbüfəs Qarayevdən səmimi təbrik çıxışı! FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

AZpress.AZ xəbər saytının verdiyi məlumata əsasən bildiririk ki, 5 may 2016-cı il tarixində Hilton oteldə BMT Sivilizasiyalar Alyansının 7 ci Qlobal Forumunun yekunlarına həsr olunmuş mərasim keçirilmişdir. Tədbiri açıq elan etmək üçün söz Mədəniyyət və Turizim Naziri Cənab Əbülfəs Qarayevə təqdim olunmuşdur. Çox səmimi çıxışı zamanı Cənab Qarayev ilk öncə gələn qonaqları salamlamış və bunları söyləmişdir:


“-Çox hörmətli təşkilat komitəsi, həmkarlar, dostlar! İlk öncə BMT Sivilizasiyalar Alyansının 7-ci QLOBAL FORUMUNUN yüksək səviyyədə keçirilməsində yaxından iştirak edən hər kəsi forumun uğurla təşkil olunub başa çatması münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu gün burada keçirilən tədbir hər zamankı tədbirlərdən, forumlardan , konfranslardan fərqli olacaq. Tam səmimi bir ortamda çıxışların sayı məhdud olacağını qeyd etmək istəyirəm. Forum zamanı bizimlə əziyyət çəkən insanlar , qurumlar, təşkilatlar xüsusilədə mən gəncləri qeyd etmək istəyirəm ki, bu işlərdə bizə yaxından dəstək oldular. Forumun Azərbaycanda keçirilməsi tək bizim deyil , bütün bəşəriyyətin sənədidir. Qeyd edim ki, bu tarixi faktdır. Bununla dünya ictimaiyyətinə göstərdik ki, məhz İlham Əliyevin apardığı siyasət beyenilən və qəbul ediləndi. Buna görə Cənab Prezidentə təşəkkürümüzü bildirirk . Bu gün Azərbaycan dövlətinin reytinqi dünya dövlətlərinin reytinqini arxada qoya biləcək bir zirvəyə yüksəlmişdir. Mən 2 , 3 amilə də toxunmaq istəyirəm. Azərbaycanın Qarabağ məsələlərində düzgün istiqamətdə apardığı siyasət. İkinci Azərbaycanın Multikulturalizm ilinin elan olunması və bundan sonra da kulturalizmlə bağlı tədbirlərin təşkil olunması, 3 məsələ isə biz hər kəsə sübüt etdik ki, Azərbaycan dünya səviyyəsində tedbir keçirməyə qadirdir və heç vaxt belə tədbirlərin keçirilməsində aciz qalmayacaq. Çünki, bu tedbirin dövlətimizdə keçirilməsi üçün sənədlərə 17 dəfə BMTdə baxılıb mənfur ermənilərin səyi nəticəsində qəbul edilməyib .Yalnız 18 ci dəfə Cənab Prezidentin uğurlu siyasəti nəticəsində müzakirə zamanı qəbul edildi. Bu bütün Azərbaycan xalqının uğurudur.Mən Heydər Əliyev Mərkəzinə, Bakı Konqress Mərkəzinəd dərin təşəkkürümü bildirirəm ki, hər iki təşkilat var gücüylə çalışmışdır.Sonda Alyans rəhbəri Cənab Əl Nasirin sözləri ilə bitirmək istəyirəm:. -Biz düşünürük ki, belə yüksək səviyyədə tədbir keçirilməsinin təşkili başqa dövlətlərdə alınsın. Azərbaycan forumun səviyyəsini yüksəyə qaldırdı.Sonda bir daha hamınızı təbrik edir və sözü akademik Kamal Abdullaya verirəm”.

Hörmətli Akademikin çıxışından sonra mükafatlandırma mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidentinin Sərancamı səsləndirildi.


Konstitutsiyasının 109 cu maddəsinin 23 cü bəndini rəhbər tutaraq qərara alıram:
Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7 ci Qlobal Forumunun təşkilində səmərəli fəaliyyət göstərdiyinə görə aşağıdakı şəxslər təltif olunsunlar.


3 cü dərəcəli “Vətənə xidmətinə görə “ ordeni ilə
Eyvazzadə Vasif Rasif oğlu


“Tərəqqi “medalı ilə
Məlikov Cəlil Bəhram oğlu
Məmmədova Nuriyyə Lətif qızı
Şıxəmmədov Vüqar Nurməmməd oğlu


“ Dövlət Qulluğunda fərqləndiyinə görə “ medalı ilə
İbrahimova Xanım Məmməd qızı


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri , 4 may 2016 cı il

 


AZpress.AZ xəbər saytının məlumatına əsasən bildirik ki, forumda əməyi keçən hər kəs sertifikatla təltif olunmuşdur.

 


AZpress.Az , Minə Türksoy.

FOTO: Rüstəm İsmayılov


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !