Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Opera və Balet Teatrına «Steinway & Sons» royalı verilmişdir -

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Opera və Balet Teatrına «Steinway & Sons» royalı verilmişdir

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu günlərdə Opera və Balet Teatrı üçün dünyanın qabaqcıl musiqi alətləri istehsalçılarından biri olan «Steinway & sons» firmasının istehsal etdiyi royal alınmışdır.

Teatrın baş dirijoru Xalq artisti, professor Cavanşir Cəfərov bu münasibətlə sevincini bölüşərək demişdir: “Bir müddət bundan əvvəl Nazirliyimiz tərəfindən Teatrın simfonik orkestri üçün aparıcı Avropa firmalarının istehsalı olan musiqi alətləri alınmışdır. Bu qiymətli və nəfis alətlərdə ifa etmək dünyanın bütün musiqiçilərinin ən böyük arzusudur. Bu gün isə bizə çox qiymətli «Steinway & sons» firmasının istehsalı olan royal təqdim edildi.

Qeyd etmək lazımdır ki, öz fəaliyyəti dövründə bizim teatrda heç vaxt bu firmanın istehsal etdiyi royal olmamışdır. Opera və Balet Teatrının milli mədəniyyətimizin flaqmanı olduğunu, burada hər zaman mürəkkəb opera və balet tamaşalarının ifa edildiyini, Teatrda tez-tez xarici dirijorlar və vokalçıların çıxış etdiyini, həmçinin yaradıcı kollektivlərimiz və sənətçilərimizin milli musiqi mədəniyyətini xaricdə təmsil etdiyini nəzərə alsaq, Teatrın yeni musiqi alətləri ilə təchiz edilməsini dövlət və dövlət başçısının milli mədəniyyətimizə qayğı və diqqətinin təzahürü kimi qiymətləndirmək olar."
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !