Akademik Dövlət Opera və Balet teatrının səhnəsində yeni Karmen nəfəsi Çinarə Şirinlə - FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Akademik Dövlət Opera və Balet teatrının səhnəsində yeni Karmen nəfəsi Çinarə Şirinlə FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Azərbaycan akademik dövlət Opera və Balet teatrının yüksək səviyyəli heyyəti ilə hər zaman seçilmişdir.Teatrın rəhbəri Əməkdar İncəsənət xadimi Akif Məlikovun hər zaman öz teatrınnda yüksək peşəkar aktyorlara önəm verməsidir ki, bu gün Opera teatrının səhnəsində tamaşalar anşlaqla izlənir. Azpress.AZ- xəbər və informasiya agentliyinin verdiyi xəbərə əsasən bildiririk ki, 1may 2016 çı il tarixində Azərbaycan Dövlət Opera və Balet teatrında Fransız bəstəkarı Jorj Bizenin əfsanəvi “Karmen “ operası səhnədə öz tamaşaçılarına təqdim edildi. Dünya opera incilərindən sayılan Karmen musiqi sevərlər və opera pərəstlər tərəfindən rəğbətlə qarşılanan və çox məhşurdur. Hər zaman səhnələşdirilən “Karmen “ özünün böyük pərəstişkar tamaşaçıları ilə öz auditoriyasına cəm edə bilmək qabiliyyətinə malikdir. Əlbəttə ki, belə bir tamaşanın səhnəyə qoyulması nəinki, yerli tamaşaçılar hətta əcnəbi qonaqlarında tamaşaya təşrif buyurub özlərinə istirahət həzzini yaşatmasına zəmin yaratmışdır.
Səhnələşdirilən Operada Xoze rolunda Ukrayna xalq artisti beynəlxalq müsabiqələr laureatı vokalist Andrey Romanenko , Karmen rolunu isə gənc istedadlı ,ecazkar soprano səsli vokalistimiz Çinarə Şirin ifa edirdi. Azərbaycan –Ukrayna dueti azərbaycan səhnəsinə olduqca böyük işıq və harmoniya gətirmişdi. Axı aktyorlar sadəcə rol oynamırlar onlar həmdə əsərin qəhrəmanlarının həyatını yaşayırdılar səhnədə.
Onlarla yanaşı səhnədə Xalq Artisti Əli Əskərov (Suniqo rolunda), əməkdar artist İnarə Babayeva (Mikaella rolunda), Səbinə Əsədova ( Mersedes rolunda) , Gülnaz İsmayılova ( Fraskida ) və Anton Ferştandt( Eskamilio ) rolunda çıxış etmişdir.
Tamaşa yüksək səviyyədə tamaşaçılara təqdim olundu desək yanılmarıq . Əlbəttə ki, orada ifa edən orkestiri və ona rəhbərlik edən beynəlxalq musabiqələr laureyatı , prezident təqaüdçüsü Eyyub Quliyev daha da zirvədə idi desak məncə doğru olar. Onun drijor manevrləri ilə orkestri idarə etməsi rəğbətlə qarşılanırdı.
Azpress.Az saytının xəbərinə əsasən bildiririk ki, sonda ifaçıları gül çiçəklə qarşılayan tamaşaçıların alqışları uzun müddətli oldu. Ardı kəsilməyən alqışlar Opera və Balet teatrının yeni uğurunun gözəl nəticəsi idi ki, hər kəs rəğbətlə qarşıladı.
Azpress.Az, Minə Türksoy, Rüstəm İsmayılov
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !