Azərbaycan «Decorexpo-2016» Beynəlxalq mebel, ev tekstili və məişət avadanlıqları sərgisi - FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Azərbaycan «Decorexpo-2016» Beynəlxalq mebel, ev tekstili və məişət avadanlıqları sərgisi FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

AZpress.AZ saytının verdiyi xəbərə əsasən bildiririk ki, ötən il ölkədə uğurla təşkil olunmuş mebel , ev tekstili və məişət avadanlıqlarının müstəsna sektoral sərgisindən sonra 2016-cı ilin 28-30 aprel tarixlərində Azərbaycanın ən böyük sərgi məkanı olan Bakı Expo Mərkəzində Azərbaycan «Decorexpo-2016»sərgisi açıldı.
Azərbaycan «Decorexpo-2016»sərgisi Azərbaycan , Türkiyə, Polşa, Belçika, Fransa, İspaniya, Rusiya, İsveçrə, Böyük Britaniya, və Hindistandan olan ekskluziv iştirakçıları qəbul edir;müxtəlif ölkələri təmsil edən çoxsaylı qonaqlar, idarəetmə qurumların rəsmi şəxsləri sektor üzrə mütəxəssislər və elit biznes adamları sərgidə iştirak edirlər.
Bu mühüm hadisə mebel və ev dekorasiyası bazarının bütün seqmentlərini əhatə etməklə sizin eviniz , bağınız , ofisiniz üçün uyğun olan əlverişli qiymətlərlə geniş çeşiddə ev mebeli, ofis mebeli, bağ mebeli, eləcə də bəzək materialları , aksessuarlar, məişət malları və üzlük parçalar, xalçalar, masa örtükləri və digər bu kimi ev tekstili məhsullarını nümayiş etdirir.
Burada iştirak edən bir çox brendlər həm evlərinizin , ofis və bağlarınızın zövqlə bəzədilməsinə, hər kəsin sizin əşyalarınıza həsəd aparmasını təmin edəcəkdir. Əcnəbi brendlərlə yanaşı, yerli brendlərimiz də var ki, heç də əcnəbi istehsaldan geri qalmayıb hətta daha yüksək səviyyədə öz alıcılarına təqdim olunub.
Sərgi 30 aprel tarixinədək davam edəcək.


AZpress.AZ, Minə Türksoy.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !