Böyük alim, mehriban ana Zərifə xanım Əliyeva mövzusunda məlumat saatı keçirildi - FOTO ( AZpress.AZ - İlkin Həmidov )

“Böyük alim, mehriban ana Zərifə xanım Əliyeva” mövzusunda məlumat saatı keçirildi FOTO ( AZpress.AZ - İlkin Həmidov )

28 aprel tarixində Binəqədi Rayon İcra Hakimiyyətində “Böyük alim, mehriban ana Zərifə xanım Əliyeva” mövzusunda məlumat saatı keçirildi.
Məlumat saatında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, şair, oftalmoloq, professor, Tibb Universitetinin oftalmologiya kafedrasının müdiri Paşa Qəlbinur, Aparatın şöbə müdirləri, əməkdaşları, rayon icra nümayəndələri, bələdiyyələr və YAP Binəqədi rayon təşkilatının fəal üzvləri iştirak etdilər.
Məlumat saatını açıq elan edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov proqram haqqında məlumat verdi, görkəmli oftalmoloq, akademik, nəcib insan Zərifə Əliyevanın və vətən, torpaq uğrunda şəhid olan igidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov çıxış edərək bildirdi ki, Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün örnək olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılıb və yazılacaqdır.
Sonra 21-28 aprel 2016-cı il tarixlərində Azərbaycan Respublikası Prezidentinin keçirdiyi görüşlər, qəbullar, etdiyi səfərlər, iştirak etdiyi tədbirlər, imzaladığı sərəncamlar və fərmanlar barədə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov məlumat verdi.
Sonra “Böyük alim, mehriban ana Zərifə xanım Əliyeva” mövzusunda məruzə üçün söz şair, oftalmoloq, professor, Tibb Universitetinin oftalmologiya kafedrasının müdiri Paşa Qəlbinura verildi. Natiq mövzu ətrafında çıxış edərək bildirdi ki, Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi.
Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi-tədqiqatlar aparmışdır. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir. Natiq onu da vurğuladı ki, Zərifə xanımın elmi fəaliyyətinin digər sahələrindən biri klinik diaqnostik istiqamətdə apardığı tədqiqatlardır ki, onların da nəticələri həkimlər üçün yazılmış dərs vəsaiti və monoqrafiyalarda cəmləşmişdir. Görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım valideynlərinə layiqli bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi. Görkəmli oftalmoloq, akademik, nəcib insan Zərifə Əliyeva hər zaman qəlblərdə əbədi olaraq yaşayır və yaşayacaqdır.
Mühazirədən sonra məlumat saatı diskussiya şəkilində davam etdirildi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !