Çernobıl faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirildi - FOTO ( AZpress.AZ - İlkin Həmidov )

Çernobıl faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirildi FOTO ( AZpress.AZ - İlkin Həmidov )

26 aprel 2016-cı il tarixdə YAP Binəqədi rayon Təşkilatının akt zalında Binəqədi rayon İcra Hakimiyyətinin və YAP Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə “26 aprel- Çernobıl faciəsi”nin 30 illiyi ilə bağlı tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri Ramiz Göyüşov və Elman Dadaşov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinin müdiri Hüseyn Kərimov, Binəqədi rayon Əhalinin Sosial Müdafiə Mərkəzi Rafiq İsayev, Çernobil Əlilləri Cəmiyyəti Rayon şöbəsinin üzvləri, eləcə də, rayon ərazisində yerləşən idarə, müəssisə, təşkilat nümayəndələri iştirak etdilər.
Tədbir ilk öncə vətən, torpaq uğrunda həlak olan şəhidlərimizin və Çernobıl faciəsi zamanı həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov tədbiri giriş sözü ilə açaraq tədbir haqqında iştirakçılara məlumat verdi və faciənin tarixi haqqında çıxış edərək bu gün dövlətimiz tərəfindən Çernobıl əlillərinə yüksək diqqət və qayğı göstərildiyini diqqətə çatdırdı.
Daha sonra çıxış edənlər - Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Çernobil Əlilləri Cəmiyyəti rayon şöbəsinin sədri Məhərrəm Əliyev və Çernobil əlili Xudadat Əliyev faciə haqqında danışaraq, dövlətimizin faciə qurbanlarına göstərdikləri diqqət və qayğıdan xüsusi bəhs etdilər. Natiqlər çıxışlarında qəza zamanı əsasən gənclərdən ibarət 7 min nəfərdən çox Azərbaycan vətəndaşının iştirak etdiyini diqqətə çatdırdılar və onların çoxları elə oradaca həlak olduğunu, qalanları isə ömürlük əlil və ya ağır xəstəliklərə tutulduğunu vurğuladılar. Natiqlər çıxışlarının sonunda Çernobıl faciəsi səbəbindən dünyasını dəyişənlərə rəhmət, sağ qalanlara isə şəfa dilədilər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !