AZƏRBAYCAN DECOREXPO 2016 BEYNƏLXALQ MEBEL, EV TEKSTİLİ VƏ MƏİŞƏT AVADANLIQLARI SƏRGİSİ - FOTO

AZƏRBAYCAN DECOREXPO 2016 BEYNƏLXALQ MEBEL, EV TEKSTİLİ VƏ MƏİŞƏT AVADANLIQLARI SƏRGİSİ FOTO

 28 aprel tarixində Bakı Ekspo Sərgi Mərkəzində AZERBAYCAN DECOREXPO sərgisinin açılışı keçirilmişdir.Açılışda Türkiyə-Azərbaycan ticarət birliyinin nümayəndəsi Ahmet Аtаker, Azərbaycan Memarlar İttifaqı sədrinin müaviniElçin Əliyev, Elan Expo Azərbaycandakıpartnyoru İlkin Abdıyev və Sərginin rəhbəri Doğan Şahin çıxış etmişdilər. Çıxışda iştirak edən nümayəndələr qonaqları salamlamış və sərgi iştirakçılarına uğurlu iş arzulamışdırlar. Açılışdan sonra fəxri qonaqlar sərgi üzrə VİP tur ediblər.
AZERBAYCAN DECOREXPO sərgidə 50-dən çox beynəlxalq brendlərin, Türkiyə, Polşa, Belçika, Fransa, İspaniya, Rusiya, İsveçrə, Böyük Britaniya,Hindistan və Azərbaycandan olan eksklüziv iştirakçıları təqdim olur.
Bu mühüm hadisə mebel və ev dekorasiyası bazarının bütün seqmentlərini əhatə etməklə sizin eviniz, bağınız və ofisiniz üçün uyğun olan əlverişli qiymətlərlə geniş çeşiddə ev mebeli (yataq otağı, qonaq otağı, yemək otağı, uşaq otağı və gənc otağı, mətbəx və vanna otağı mebeli), ofis mebeli, bağ mebeli, eləcə də bəzək materialları, aksesuarlar, məişət malları və üzlük parçalar, xalçalar, masa örtükləri və digər bu kimi ev tekstili məhsullarını nümayiş etdirir.
Sərginin iştirakçısı olun və lotereyada iştirak edin. AZERBAYCAN DECOREXPOda ziyarət edən hər bir qonaq avtomatik olaraq lotereyanın iştirakçısına çevrilir və Türkiyədəpulsuz istirahət udmaq şansı qazanır. Uduş sərgidə keçiriləcəkdir.
Sərgi aprelin 30-u daxil olmaqla, daha iki gün davam edəcək. Hər saat ziyarətçilər üçün pulsuz avtobuslar təşkil olunub,avtobuslarNərimanNərimanov metro stansiyasının yaxınlığından işləyirlər.