Sona Vəliyeva: - "Səndən yaman küsmüşəm"

Sona Vəliyeva: "Səndən yaman küsmüşəm"

Külək payıza dəstək,
Boşalmış bağa hücüm.
İçimi bir söz didir,
Deməyə çatmır gücüm.


Səndən sənə sirr açım,
Amma heç kimə demə.
Sözüm xətrinə dəysə,
Qəlbinə yük eyləmə,
Səndən yaman küsmüşəm.


Uzandı leysan yağış,
Yolçuyam qaldım yolda.
Başımda incik sevda,
Qəlbim uçqun qırağında;
Səndən yaman küsmüşəm.


Bənövşə boynu bükük,
Yol üstündə büzüşüb,
Lalə çəməndən incik
Ürəyimə xal düşüb,
Mən də səndən küsmüşəm.


Ürəyim yaz axşamı,
Gileylər çiçək açar.
Əlindən düşüb itsəm
Yellər-sellər aparar;
Səndən yaman küsmüşəm. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !