Xarabalığa çevrilən şəhərin faciəsi! - FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Xarabalığa çevrilən şəhərin faciəsi! FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

 Bəlkə də bir çoxları o vaxtlar hələ dünyaya göz açmamışdılar.Həyatın ağrı-acısının nə olduğunu bilmirdilər. Faciə sözünü özü onlara yad ikən faciənin iştirakçısı oldular.1986-cı il. Faciənin tarixi yaddaşı. Bir şəhərin yer üzündən silindiyi bir gün. Körpə uşaqların həyatdan arzu kamlarından əl çəkdikləri gün.
26 aprel 1986-cı il Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl AESnda güclü nüvə partlayışı.
Stansiyada partlayışdan sonra reaktiv buludun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət etsə də , “ölüm saçan buludun qalan hissəsini küləklər cənuba doğru gətirib çıxartmışdı. Bununla da Azərbaycanda da Çernobıl faciəsi nəticəsində reaktiv şüalanmaya məruz qalanlar var idi. Məhv olmuş şəhərə kömək məqsədilə Sarkafak əməliiyatında 129 nəfər azərbaycanlı iştirak etmişdi ki, onlar da müxtəlif dərəcəli reaktiv şüalanmalar almışdılar.
Hadisə zamanı 7000-nə yaxın əhali həlak olmuşdu, 25000-nə yaxın insan isə reaktiv şüalanma nəticəsində ömürlük şikəst olmuşdu. Bu faciədən sonra isə dünyaya gələn uşaqların 90 faizi əlillik dərəcəsinə çatmışlar.
Faciədən uzun müddət keçməsinə baxmayaraq hələ də orada olmaq insan həyatı üçün risklidir. Lakin həmyerlimiz Orxan Əzim bu riski göz önünə alaraq sənətinə olan sevgidən məhz Çernobıla səfər edərək o faciəni bir-bir kadra alaraq xalqa çatdırmaq qərarına gəlir.
Bəlkə də həmin illərdə hələ dünyaya gəlməyən Orxan , bəlkə də hələ çox kiçik, körpə idi. Lakin illər keçdikcə bu sənətin sevgisi onu belə bir addım atmağa vadar etmişdir.
Hələ bu yaşdaheç bir gənc Çernobıl Facəsini işıqlandırmamışdır.
AZpress.AZ saytının verdiyi xəbərə əsasən bildiririk ki, 26 aprel 2016-cı il tarixində Azərbaycan Rəssamlar İttifaqı Vəcihə Səmədova adına sərgi salonunda “Report “ İnformasiya agentliyinin fotoqrafı Orxan Əzimin Çernobıl Facəsinin 30 illiyinə həsr olunmuş sərgisinin açılışı olmuşdur.
Azərbaycan Çernobıl Əlillər Cəmiyyətinin dəstəyi ilə keçirilən sərginin açılışında demək olar ki, izdiham var idi.
Sərgidə Orxan Əzimin bir çox həmkarları da ona dəstək olmağa təşrif buyurmuşlar.AZpress.AZ saytının xəbərinə istinadən bildiririk ki, Ukraynanın Azərbaycandakı səfirliyinin də nümayəndələri qonaqlar arasında idi.
Sərginin açılışını edən Xalq rəssamı , professor, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Ağəli İbrahimov faciədə həlak olanları bir dəqiqəlik sükutla yad etməyi bildirdi.Çıxışı zamanı dünyada baş verən qlobal çətinliklərdən bəhs edən Ağəli İbrahimov bu sərginin məhz indi keçirilməsinin böyük əhəmiyyətindən bəhs etmişdir.Fotoqraf Orxan Əzim Çernobıl faciəsini kadrlara çəkməklə insanların bu faciəni sanki canlı olaraq izləməsinə, orada baş verən faciənin gənc nəslə ötürülməsində örnək bir aadım atdığını söyləmişdir.
“Report “ İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev Çernobıl hadisələrinin bütün postsovet məkanı üçün böyük faciə olduğunu diqqətə çatdırmışdır. Agentlik olaraq orada həlak olmuş həmvətənlərimizin xatirəsinə həsr etmək üçün Çernobıla ezam olunan fotoqraf Orxan Əzim demək olar ki , öz işinin öhdəsində layiqincə gələ bilmişdir.
“Report”İA-nın fotoqrafı Orxan Əzim çıxışında Çernobıl hadisələri zamanı həlak olanların xatirəsini anaraq qeyd edib ki, orada olduğu müddətdə bütün gördüklərini ən azından şəkillər vasitəsilə insanlara çatdırmağı özünə böyük şərəf bilmişdir.
“Çernobıl getmək istədiyim beş yerdən biri olub və səfərim dəhşətli hadisənin 30 illik yubileyi ərəfəsinə təsadüf etmişdir. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. İnanıram ki, fotoşəkillərin vasitəsilə həmin hadisənin fəsadlarının necə ağır olduğunu, bir şəhərin Yer üzündən necə silindiyinin şahidi olacaqlar”.
Çıxışlardan sonra sərginin açılış rəmzi olan lent kəsilib . Sərgidə nümayiş olunan şəkillər izləyicilərin böyük marağına səbəb olub.
Onu da qeyd edək ki, 55 fotonun nümayiş olunduğu sərgi bir neçə gün davam edəcək.

 


AZpress.AZ, Minə Türksoy.
FOTO: Rüstəm İsmayılov

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !