Gənc rəssam Aydan Bünyatovanın Qız qalası qalereyasında fərdi sərgisi keçirildi - FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Gənc rəssam Aydan Bünyatovanın Qız qalası qalereyasında fərdi sərgisi keçirildi FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Azpress.Az xəbər saytının verdiyi xəbərə əsasən bildiririk ki, Qız Qalası qalereyasında gənc və istedadlı rəssam Aydan Bünyatofanın ilk dəfə olaraq fərdi sərgisi keçirilmişdir. İlk baxışdan əsərlər bizə dünyaca məşhur rəssamların işlərini xatırlatsada bu əsərin müəllifi həmyerlimiz olduğuna görə olduqca çox qürur hissi keçirtməyə dəyər. Kiçik bir qız, böyük bir ürəyin yaratdığı bu şəhanə əsərlər hər kəsi heyran qoymuşdu.
“Bax belə “ adlı sərgiyə gələn qonaqlar Aydan Bünyatovanın əsərlərindən zövq alaraq bu günün xoş istirahətində canlı nağıl aləminə düşmüşdülər sanki.
O, dünyaya özünün baxışları ilə baxan cəkdiyi əsərlərdən cəsurluğu, iti baxışlı , bəzən sərbəst olmağı bacaran gənc rəssam xanımın əsərlərində olan rəng çalarlarıda öz fərqliliyi ilə seçilirdi. Yaratdığı portretlərin fərqliliyi, parlaq rəng ahənginin , pop art qəsdliyinin və fotoşəkil qədər tam oxşarlığı insanı valeh etməyə bilməz.
Aydan Bünyatova 22 iyun 1993-cü ildə Bakı şəhərində anadan olub. 134 saylı Təhsil kompleksində təhsil almış, rəssamlıqla Respublika İncəsənət gimnaziyasında məşqul olmuşdur. 2013- cü ildə Xəzər Universitetinin biznes inzibatçılğı fakültəsini bitirib Həmin il London İncəsənət Universitetinə qəbul olmuş, 12 əsas sertifikatla 2015 ci ildə oranı bitimişdir. Hal hazırda Bakıda yaşayan gənc rəssam Emin Qəhrəmanovun Em Art Studiyasında çalışır.”Bax belə” adlı sərgi aprel ayının 26-dək davam edəcək.

 

Azpress.Az, Minə Türksoy, Rüstəm İsmayılov
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !