Binəqədi rayonunda Gənclər evi nin açılış mərasimi baş tutdu - FOTO ( AZpress.AZ -Nəriman İsmayılov)

Binəqədi rayonunda “Gənclər evi”nin açılış mərasimi baş tutdu FOTO ( AZpress.AZ -Nəriman İsmayılov)

25 aprel 2016-cı il tarixdə Binəqədi rayon, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yeni “Gənclər evi”nin açılış mərasimi baş tutdu. Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov, Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov və digər rəsmilər iştirak edirdilər.
Açılışda çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov ölkəmizdəki 38 sayda "Gənclər evi"nin artıq genış şəbəkə olduğunu diqqətə çatdırdı. Azad Rəhimov: “Gənclər evlərinin yaradılması prosesi 2006-cı ildən başlamışdır. 2006-2008-ci illərdə - 5, 2009-2012-ci illərdə - 12, 2013-2015-ci illərdə 19 Gənclər Evi/Mərkəzi tikilib gənclərin istifadəsinə verilmişdir.” Nazir eyni zamanda çıxışında Gənclər və İdman Nazirliyi tərəfindən Balakən, Lənkəran, Mingəçevir, Naxçıvan, Sumqayıt, Tovuz, Daşkəsən, Sabunçu. Suraxanı, Xəzər, Qaradağ və Binəqədidə tikilmiş Gənclər Evlərinin sayının 12-ə çatdığını bildirdi. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !