Masallıda kyokushinkay karatesi üzrə rayon birinciliyi - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallıda kyokushinkay karatesi üzrə rayon birinciliyi FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Aprelin 24-25-də Masallı şəhər 3 saylı tam orta məktəbin idman zalında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş kiçik yaşlı uşaqlar , yeniyetmə və gənclər arasında kyokushinkay karatesi üzrə Masallı rayon birinciliyi keçirilmişdir. Qeyd edək ki, idman tədbiri Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə olmuşdur. Belə ki, 10 çəki dərəcəsində 85 nəfər kiçik yaşlı uşaqlar, yeniyetmə və gənc karateçilərin iştrakı ilə keçirilən yarış gərgin və dramatik mübarizə şəraitində keçmişdir.
Yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfində diplomlarla mükafatlandırılmışdır.
Əlihüseyn ŞÜKÜROV.
"AZpress.AZ"-ın
Masallı müxbiri.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !