Binəqədi rayonunda milli qəhrəman Allahverdi Bağırovun 70 illik yubileyi münasibəti ilə tədbir keçirildi - FOTO ( AZpress.AZ - İlkin Həmidov)

Binəqədi rayonunda milli qəhrəman Allahverdi Bağırovun 70 illik yubileyi münasibəti ilə tədbir keçirildi FOTO ( AZpress.AZ - İlkin Həmidov)

22 aprel tarixində Binəqədi rayonunda milli qəhrəman Allahverdi Bağırovun 70 illik yubileyi münasibəti ilə tədbir keçirildi.
Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Biləcəri qəsəbəsində yerləşən və “Milli Qəhrəmanlar” abidəsinin yerləşdiyi parkda təşkil olunan tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, RİH başçısı Aparatının şöbə müdiri Elman Dadaşov, Binəqədi Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Mehman Qurbanov, rayon ərazisində yerləşən idarə, müəssisə, təşkilat nümayəndələri və milli qəhrəman Allahverdi Bağırovun ailə üzvləri iştirak etdi.
Dövlət Himni ilə başlayan tədbirdə ilk öncə milli qəhrəmanın abidəsi önünə gülqoyma mərasimi oldu.
Respublika Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Mehman Qurbanov Milli Qəhrəman Allahverdi Bağırovun həyatı və keçdiyi döyüş yolundan danışdılar. Ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn Milli Qəhrəman Allahverdi Bağırovun bacısı Svetlana Bağırova daim dövlətin diqqəti və qayğısı ilə əhatə olunduqlarını bildirdi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov isə bildirdi ki, Allahverdi Bağırovun 70 illik yubileyinin Milli Qəhrəmanlar parkında keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəslə vətənpərvərlik ruhunu aşılamaqdır.
Tədbirin bədii hissəsində Biləcəri qəsəbəsində fəaliyyət göstərən Şuşa şəhər 3 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında kompozisiya təqdim olundu. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !