Siyasətdən Kənar İncəsənət sərgisi - FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

“Siyasətdən Kənar” İncəsənət sərgisi FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

AZpress.AZxəbər saytının verdiyi xəbərə əsasən bildiririk ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 22-28 aprel 2016-cı il tarixində Muzey Mərkəzində “Siyasətdən kənar” adlı müasir incəsənət sərgisi keçirilir.
Sərgi Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində ölkəmizə çoxsaylı əcnəbi qonaqların , nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin , dünya səviyyəsində tanınmış şəxsiyyətlərin gəlişi münasibəti ilə, Azərbaycan təsviri incəsənətinin təbliği , görkəmli Azərbaycan rəssamlarının yaratdıqları nadir sənət incilərinin nümayişi , milli incəsənətimizin təbliği məqsədi ilə keçirilmişdir.
Çıxış üçün söz ilk olaraq Mədəniyyət və Turizm naziri Cənab Əbülfəs Qarayevə verilmişdir. Öz çıxışı zamanı nazir ilk olaraq bu gözəl əsərləri yaradan rəssamları bu sərgi münasibətilə təbrik etmişdir:
“Azərbaycanda ilk dəfə olaraq keçiriləcək 7-ci Qlobal Forumu keçiriləcək və siz Mədəniyyət xadimləri bu böyük hadisədən yan keçə bilməzdiniz. Belə bir ideya irəli gəldi ki, “Siyasətdən kənar “ adlı sərgi keçirilməsini qərarlaşdırdıq. Sərgi Azərbaycanın görkəmli rəssamlarının Siyasətdən kənar sənət əsərlərindən ibarətdir və Sivil Alyansın insanları birləşdirməyə bir çağırışıdır. Bu sərgidə 80 müxtəlif rəssamın 150 sənət əsəri nümayiş olunmaqdadır.Əsərlər bir birindən öz gözəlliyi və peşəkarlığı ilə seçilir. Azərbaycan qalereyalarında saxlanan bu əsərlər bu gün tamaşaçılara təqdim edəcəyik. Bu gün Muzey Mərkəzində başlayan forumu Mədəni proqramı açıq elan edildi və tamamlanması 27 aprel 2016-cı il tarixində Heydər Əliyev Mərkəzində Sivil Konsert proqramı ilə başa çatacaq.
Bu gün qonaqlarımız arasında çox mötəbər insan BMT Alyansının ali nümayəndəsi cənab Abdul Əziz Nasir iştirak edir. Çıxış üçün söz ali nümayəndəyə verildi: “Gələn qonaqları salamlayan cənab Abdul Əziz Nasir ilk öncə nazir Əbülfəs Qarayevə öz təşəkkürünü bildirdi. Eyni zamanda mədəniyyət və dillər arasında dialoq yaratdığına görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə də öz dərin minnətdarlığını bildirmişdir. Rəssam əsərləri qarşılıqlı mədəni irsin inkişafında biz Sivilazisiyalı Alyansla birgə təşkil edilməsi böyük fəxrdir.Hörmətli xanımlar və cənablar bu gün tarixi bir gün yaşayırıq . Belə bir təsbirin Bakıda keçirilməsi böyük hadisədir.Məndən öncə de çıxış edənlər söylədilər.Qeyd edirəm ki, rəssamlar bir çox problemlərin həllində öz yaradıcılıqları ilə böyük rol oynayırlar.Hər bir rəssam çalışır ki,onu qebul edib , anlaya bilsin . Mən arzu edirəm ki, bu məslələr məhz yaradıcı insanların sayəsində öz həllini tapsın.
Çıxış üçün söz Akademik Ömər Eldarova verildi:
“-Əziz nazir, əziz qonaqlar məni bir həmkar kimi bu əsərlər fərəhləndirir və fəxr etdim ki, Azərbaycanda belə rəssamlar var ki, onların əsərləri dünya rəssamlarının əsərlərinə bərabərdir. Vaxtınızı çox almayacam . Burada iştirak edən bütün rəssamları təbrik edirəm sizə can sağlığı arzu edirəm”.
Sonra Azərbaycan Mədəniyyət və Turizim naziri cənab Əbülfəs Qarayev sərgini açıq edərək gələn qonaqları sərgi salonlarına dəvət etdi.
Olduqca yüksək peşəkarlıqla işlənən əsərlər, hər kəsin marağına səbəb oldu. Əsərlərə baxdıqca hiss olunurdu ki, bu əsərlərdə bir tarix , bir şüar bir bir düşüncə gizlənib.

 


AZpress.AZ, Minə Türksoy
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !