Pedaqogika üzrə fəlsəfə doktoru Şirəli Ağali oğlu Əhədov vəfat etmişdir - (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Pedaqogika üzrə fəlsəfə doktoru Şirəli Ağali oğlu Əhədov vəfat etmişdir (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallı rayonunun ictimaiyyətinə ağır itki üz vermişdir. Həmyerlimiz, pedaqogika üzrə fəlsəfə doktoru Şirəli Ağali oğlu Əhədov vəfat etmişdir.
Şirəli Əhədov 18 iyul 1955-ci ildə Masallı rayonunun Lürən ərazisinin Pircana kəndində anadan olmuşdur.
1970-ci ildə Lürən kənd səkkizillik, 1972-ci ildə Musaküçə kənd orta məktəbini, 1977-ci ildə N.Tusi adına Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirmiş-Masallının Musaküçə kənd orta məktəbində pedaqoji fəaliyyətə başlamışdır. Sonrakı illərdə rayon məktəblərində direktor müavini, direktor, RTŞ-nin metodisti, inspektoru vəzifələrində işləmişdir.
Şirəli Əhədov 1992-ci ildə RİHB-nın Masallı şəhəri üzrə nümayəndəsi, 1992-2000-ci illərdə Masallı RTŞ-nin müdiri, 2000-2002-ci illərdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı, 2003-2004-cü illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışmışdır.
2004-cü ildən ömrünün sonunadək Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsindəki 233 nömrəli məktəbin direktoru işləmişdir.


Şirəli Əhədov işlədiyi müddətdə dövlətçiliyimizə sədaqətlə xidmət etmiş, yaxşı təşkilatçı kimi tanınmış, rayonun ictimai həyatında fəallıq göstərmiş, sakinlərin hörmətini qazanmış, iqtisadiyyatın, xüsusilə təhsilin inkişafı naminə zəhmətini əsirgəməmişdir. “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur.
Ş.Əhədov mehriban ailə başçısı, etibarlı dost, yaxşı yoldaş idi. 
Şirəli Əhədovun işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Qeyd edək ki, nekroloqu Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil İsrafil oğlu Hüseynov,
Milli Məclisin deputatıları Nəriman Əliyev, Elmira Axundova,
sonra Cavanşir Əsədov, Seyfəddin Əliyev, Nadir Abıyev, Allahverdi Novruzov, Hilal Xəlilov, Nəriman İmanov, Nəsir Muxtarlı, , Gülşən Xəlilova, Seymur Nuriyev, Adəm Məhərrəmov, Astan İbişov, Şirvan Əbilov, Qardaş Fətullayev, Ələşrəf Niftiyev və Zakir Əbilov imzalamışlar.

 

Təqdim etdi:
Əlihüseyn ŞÜKÜROV.
"AZpress.AZ"-ın
Masallı müxbiri.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !