Masallıda sərbəst güləş üzrə rayon birinciliyi - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallıda sərbəst güləş üzrə rayon birinciliyi FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Azər” idman klubunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş sərbəst güləş üzrə kiçik yaşlı uşaqlar, yeniyetmə və gənclər arasında rayon birinciliyi keçirilmişdir.
Yarışın əsas məqsədi ümummilli lider Heydər Əliyevin xatirəsini əziz tutmaq, rayonda sərbəst güləşə olan marağı daha da artırmaq prespektivli idmançıların üzə çıxarılması olmuşdur.
11 çəki dərəcəsində 91 nəfər kiçik yaşlı uşaqlar , yeniyetmə və gənc idmançıların iştrakı ilə keçirilən yarış olduqca gərgin və mübarizə şəraitində keçirilmişdir. İki gün davam edən yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsitərəfindən diplomlarla təltif olunmuşdur .


Əlihüseyn ŞÜKÜROV.

Masallı 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !