Region gəncləri üçün Biznes planlama xidməti yaradılır - FOTO

Region gəncləri üçün “Biznes planlama xidməti” yaradılır FOTO

Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Quba regional ofisi “Biznes planlama xidməti” proqramı çərçivəsində Quba rayonunda növbəti təlimlərə başlayıb.
Mərkəzdən verilən məlumata görə 3 gün davam edən təlim kursları çərçivəsində gənclərə şəxsi inkişaf, biznes idarəetməsi, marketinq, əməyin mühafizəsi və digər mövzular tədris olunub. “Kapitalın İdarə Olunması və Tələb-Təklif Bazarı” mövzusunda aparılan təlimlər özəl sektorda kapitalın formalaşdırılmasının effektiv yolları, kapital axınına nəzarət mexanizmləri, ehtiyac sferası üzrə satış bazarında tələbin həcminin müəyyənləşdirilməsi, təklif olunan xidmətlər və məhsullar üzrə bazarda qiymət siyasəti kimi mövzuları əhatə etmişdir..
Qrup məşğələləri formatında davam edən təlim Ankara Universitetinin məzunu, marketinq meneceri Nuray Acalova və Gənclər üçün Təhsil Mərkəzinin Quba regional ofisinin rəhbəri İnqilab Fərzəliyev tərəfindən keçirilib.
Təlimlərin sonunda iştirakçıların məlumat bazası yaradılacaq və onlar üçün əmək yarmarkaları təşkil ediləcək.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !