İctimai Televiziyanın "Çarçı" film Yaradıcılıq Birliyi "Kələğayı" adlı sənədli film ekranlaşdırıb - FOTO

İctimai Televiziyanın "Çarçı" film Yaradıcılıq Birliyi "Kələğayı" adlı sənədli film ekranlaşdırıb FOTO

AZpress.AZ xəbər verir ki, filmdə əməkdar artist Mətanət İsgəndərli, xalq artisti Gülyanaq Məmmədova, teleaparıcı Nigar Əlişova çəkilib. "Çarçı"dan verilən məlumata görə, sənədli ekran işini ərsəyə gətirməkdə əsas məqsəd kələğayının Azərbaycana məxsus olmasını bütün dünyaya çatdırmaqdır. Məlumatda qeyd olunur ki, ermənilərin milli mənəvi dəyərlərimizi mənimsədiyi bir zamanda bu cür filmlərin hazırlanması və təbliği önəmlidir.

Qeyd edək ki, filmdə sözügedən xanımlar milli geyimdə, başlarına kələğayını taxıb, milliliyimizi tərənnüm etdiriblər. Mətanət İsgəndərli filmdə məmnuniyyətlə çəkildiyini qeyd edib:

"Azərbaycanın milli dəyərlərini qorumaq və dünya ictimaiyyətinə çatdırmağı özümə borc hesab edirəm. Milli geyim, kələğayı xanıma xüsusi yaraşıq verir, onu xanım-xatın göstərir. Biz bu obrazla həm kələğayının Azərbaycana məxsus olduğunu, həm də Azərbaycan xanımınn obrazını göstərdik".

Qeyd edək ki, çəkilişlər kələğayının hazırlandığı İsmayıllının Basqal kəndində ərcəyə gəlib. Sənədli filmin rejissoru Nəsimi Əliyev, ssenari müəllifi Nigar Əlişova, qurluşçu operatoru Emin Rəhimovdur. Yaradıcı heyətin məlumatına görə, film ingilis dilinə tərcümə edilibi Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə də göndəriləcək.

"Çarçı"nın ekranlaşdıracağı növbəti sənədli film isə milli alətimiz olan balabandan bəhs edəcək. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !