Masallıda Xalqa bəxş edilmiş ömür adlı mini-futbol turnirinin açılışı olub - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallıda “Xalqa bəxş edilmiş ömür” adlı mini-futbol turnirinin açılışı olub FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Bu gün, aprelin 18-də Masallı Olimpiya Kompleksində Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatı Yeni Azərbaycan Partiyasının qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyi ilə əlaqədar “Xalqa bəxş edilmiş ömür” adlı mini-futbol turnirinə start verilib.
İlk öncə turnir iştirakçıları
Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alaraq qəhrəmancasına şəhid olan Azərbaycan hərbçilərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbiri giriş sözü ilə YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev açaraq, ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin qorunması istiqamətindəki xidmətlərindən söz açaraq bildirmişdir ki, dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.
Seyfəddin Əliyev geniş nitqində danışdı ki, dövlət başçısı deyib ki, bu ayın əvvəlində cəbhənin təmas xəttində ermənilərin təxribatının qarşısı alınıb, düşmənə layiqli cavab verilib, hərbi mövqelərimiz daha da möhkəmləndirilib. “Bu qanlı toqquşma bir daha göstərdi ki, Ermənistan işğalçı siyasətini davam etdirir, sülh istəmir, danışıqlar prosesinin pozulmasına çalışır”, - deyən cənab Prezident İlham Əliyev danışıqlarda müəyyən irəliləyiş olan zaman Ermənistanın təxribatlara əl atdığını bildirib. Azərbaycan Prezidenti qeyd edib ki, 2014-cü ildə Fransa dövlətinin başçısının təşəbbüsü ilə Parisdə keçirilən Ermənistan-Azərbaycan prezidentlərinin görüşündən sonra işğal olunmuş ərazilərdə hərbi təlimlərə başlamaqla Ermənistan növbəti təxribata əl atıb, nəticədə qarşı tərəfə məxsus bir helikopter vurulub və bundan sonra bir ildən çox müddətdə danışıqlar dayandırılıb. Dövlət başçısı vurğulayıb ki, qanlı toqquşmalardan sonra beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı narahatlığını ifadə edib. “Azərbaycan danışıqlar prosesinə sadiqdir və ümid edir ki, bu məsələ həll olunacaq”, - deyən cənab İlham Əliyev vurğulayıb ki, xalqların öz müqəddəratını təyin etməsi prinsipi ölkələrin ərazi bütövlüyünün pozulmasına xidmət etməməlidir.
YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev nitqində daha sonra bildirdi ki, Azərbaycan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə eləcə də idman sahəsində aparılan uğurlu islahatlardan söz açmış və turnirdə iştirak edən komandalara müvəffəqiyyətlər arzu etmişdir.
Turnirin açılış mərasimində iştirak edən Masallı Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov və YAP Masallı Rayon Təşkilatı Gənclər Birliyinin sədri Məmmədhüseyn Hüseynov və başqaları da çıxışında bütün komandalara uğurlar arzulamışdır.

 

Əlihüseyn ŞÜKÜROV.
"AZpress.AZ"-ın
Masallı müxbiri. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !