"Qayıdış" filmi Nizami Kino Mərkəzinin ekranlarında reallaşdı - FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

"Qayıdış" filmi Nizami Kino Mərkəzinin ekranlarında reallaşdı FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

AZpress.AZ xəbər saytının verdiyi xəbərə əsasən bildiririk ki, 14 aprel tarixində Nizami Kino Mərkəzində “Qayıdış “ adlı filmin təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimində bir çox tanınmış aktyor və aktrisalarla yanaşı tanınmış simalar da iştirak etmişdir. Film öncəsi Həmidə Ömərova , Firəngiz Mütəllimova , Sənubər İskəndərli , Gülüstan Əliyeva ,Günay İbrahimli kimi tanınmış simalar mediaya müsahibə vermiş və film öncəsi təəssüratlarını bölüşmülər.Filmin rejissoru tanınmış klipmeyker-rejissor Kənan MM filmdən öncə səhnəyə çıxmış və çıxışı zamanı həyəcanlandığını bildirmişdir. O, gələn tamaşaçılara təşəkkür etmiş və Qarabağ döyüşlərində həlak olan şəhidlərimizi bir dəqiqəlik sükutla yad etməyə çağırmışdır.
Film olduqca maraqlı motivdə çəkilmişdir. İnsanların ürəyini titrədəcək bir film alınıb desək məncə yanılmarıq. Çünki həm bir ailədə baş verən faciə, dost tərəfindən satılan dost, ögey ata- və uşaq münasibətləri hər biri ayrı ayrılıqda bir mövzu olsa da, rejissor Kənan MM bunları birlikdə çox gözəl ,səlist şəkildə öz izləyicilərinə çatdıra bilmişdir. Girov düşən övladını xilas etməyə tələsən qəhrəmanın öz sevdiyi tərəfindən öz aldığı silahla vurulması isə əsl faciə idi . Film izləyicilərini göz yaşlarına boğa bilibsə, deməli hələ kino sənətinin ayaqda olmasına şübhə ola bilməz.

 


AZpress.AZ, Minə Türksoy.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !