SAP və Kasperski Laboratoriyası əməkdaşlığa dair memorandum imzalayıb -

SAP və “Kasperski Laboratoriyası” əməkdaşlığa dair memorandum imzalayıb

“Kasperski Laboratoriyası” və SAP MDB əməkdaşlığa dair memorandumun imzalanması barədə məlumat yayıb. Əməkdaşlığın məqsədi – “Kasperski Laboratoriyası”nın texnologiyaları vasitəsilə əldə edilən məlumatlardan faydalanaraq SAP-ın korporasiya həllərinin effektivliyini artırmaqdır.

Əməkdaşlığın ilk mərhələsində sənaye müəssisələrinin idarə olunması üçün SAP həllərinə yeni imkanlar əlavə ediləcək. Monitorinq və iqtisadi təhlükəsizliyin təmin olunması sisteminə SAP tərəfindən hazırlanmış və şirkətlərdə fəaliyyət göstərən xüsusi plaqin yerləşdiriləcək.Eyni zamanda, mühüm infrastrukturun müdafiəsi üçün yaradılmış “Kaspersky Industrial CyberSecurity” xüsusi yığım platformasısənaye obyektlərindən məlumat almağa imkan yaradacaq. Daha sonra SAP mütəxəssisləri əldə edilmiş məlumatları analiz edəcək və gələcəkdə təhlilin köməyi ilə öz həllərinə istehsalatın effektivliyini artıracaq dəyişikliklər edə biləcəklər.Sözügedən əməkdaşlıq çərçivəsində şirkətlər SAP həllərinin və “Kasperski Laboratoriyası”nın məhsullarının gələcəkdə daha sıx inteqrasiya imkanlarını nəzərdənkeçirəcəklər.

Bundan başqa, şirkətlər birgə ictimai marketinq üzrə tədbir və seminarlar keçirməyi,həmçinin cari və potensial SAP əməkdaşları və müştərilərinə məhsulların yeni imkanlarını nümayiş etmək üçün demo-stend hazırlamağı planlaşdırır.

“SAP və“Kasperski Laboratoriyası” arasında əməkdaşlıq müştərilərimizin iqtisadi və informasiya təhlükəsizliyinin səviyyəsinin artması istiqamətində atılan yeni bir addımdır. Əminəm ki, bu qarşılıqlı əlaqə şirkətlərəSAP-ın bulud texnologiyaları və infrastrukturundan istənilən səviyyədə daha fəal istifadə etməyə imkan yaradacaq – biznes tələblərinə və qlobal təcrübəyə tam cavab verən məlumat mərkəzlərindən tutmuş bulud platformaları və biznes tətbiqlərədək”, - deyə SAP MDB-nin icraçı direktoru Nataliya Parmenova qeyd edib.

“Daha bir istiqamətin inkişafında–İnternet əşyalarının sənaye sahəsində etibarlı şəkildə müdafiə olunmuş həllərin hazırlanmasında – SAP şirkətinə yardım etməyi planlaşdırırıq. Hazırda sözügedən texnologiyalar inkişafın növbəti mərhələsinə keçib və indi biznesin iqtisadi effektivliyini artırmaq imkanı yaradan yeni tipli məlumatların monitorinqini aparmaq fürsətimiz var. İnanıram ki, dünyada tanınmış iki şirkətin bilik və təcrübəsi biznes sahəsində cari və yeni texnologiyaların təhlükəsizliyinin artmasına əhəmiyyətli töhfə verməyə kömək edəcək”, - deyə “Kasperski Laboratoriyası”nın Perspektiv texnologiyalarının idarə olunması departamentinin rəhbəri Andrey Duxvalov bildirib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !